Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi .....                     “AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI .....                     Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir .....                     Səidə Niyamı dostluqdan .....                     Sabah İstanbula gedə bilərəm .....                     İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik .....                     Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... .....                     Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb .....                     Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir .....                     Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara .....                     “İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” .....                     "Mozalan Studiyası"na yeni direktor təyin edilib .....                     "İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? .....                     İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? .....                     “Peyk zavodu”nun direktoru dəyişib .....                     "Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" .....                     Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb .....                     “Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları .....                     Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub .....                     "Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən .....                     Baş həkim olmaq arzusu ona baha başa gəldi... .....                     "1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." .....                     Ermənistanın TŞ katibi İrana səfər edəcək .....                     İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA .....                     "Səba" külli miqdarda borca düşdü, .....                     Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb .....                     Vasif Əmirova daha yüksək vəzifə verildi .....                     Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... .....                     Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... .....                     Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı .....                     Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək .....                     Polşa Vaşinqtona sərt mesaj göndərib .....                     Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi .....                     TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq .....                     “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” .....                     “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi .....                     Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… .....                     “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir .....                     “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır .....                     Papikyanın SIX SƏFƏR TRAFİKİ... .....                 

"Qafqaz Müsəlmanları İdarəsi də bu prosesdə fəallıq göstərməlidir" - YOXSA...
Tarix: 25-05-2024, 08:53 | Çap et
"Qafqaz Müsəlmanları İdarəsi də bu prosesdə fəallıq göstərməlidir"
“Türkiyənin İzmir şəhərində yas mərasimində yemək verilmə adətinin ləğvi barədə xəbəri eşitdik. Bu haqda həmişə düşünmüşəm, lakin çəkinmişəm ki, toylarda, yaslarda israfçılığın aradan qaldırılması barədə təkliflər versəm, bu, insan hüquqlarının pozulması kimi qiymətləndirilə bilər.

Ona görə də bu haqda həmişə ehtiyatla söz demişəm. İndi isə dövlət orqanlarına deyil, şəxsən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə müraciət etmək istəyirəm ki, belə bir qərar qəbul etsinlər, yas mərasimlərində yemək vermək adəti yığışdırılsın. Bu, bahalıq şəraitində yaxını vəfat etmiş insanlara həddən artıq böyük yükdür. İnsanlara çox çətinliklər yaradır. Bilmirlər, dəfnlə məşğul olsunlar, yoxsa camaata yemək versinlər”. Bu sözləri pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib. “Ümumiyyətlə, ehsana qarşı deyiləm. Kim ehsan vermək istəyirsə, müəyyən yerlərdə verə bilər. İmkanı olan şəxslər hansısa kəndə yol çəkilməsini həyata keçirə, yaxud qəbiristanlıq yolunu düzəldə, abadlıq işləri apara, kimsəsizlər evinə yardımlar edə bilərlər. Bəlkə, bu, vəfat edənin ruhu üçün daha xoş olar. Xahiş edirəm, bu təklifimə baxsınlar. Azərbaycanda yas mərasimlərində yemək vermək adətinin aradan qaldırılması barədə fətva versinlər”, - deputat bildirib.

Qeyd edək ki, hələ 2014-cü ildə Azərbaycanda “ehsan qadağası” tətbiq edilməyə başlamışdı. Belə ki, yas mərasimlərində israfçı süfrələrin qarşısının alınması üçün 2014-cü ilin avqustunda ilk dəfə hökumət bütün ölkə boyu mübarizəyə başladı, ehsan süfrələrinin açılmaması tövsiyə olundu. Hətta bəzi yerlərdə qadağaya riayət edilməməsi ilə əlaqədar sərt tədbirlərə əl atıldı. Bir müddət bu sahədə normal durum yaransa da, sonradan ənənəvi vəziyyət bərpa olunmağa başladı.

Bəzi yerlərdə məsələlər həllini tapdı. Məsələn, Naxçıvanın Mahmudkənd və Culfa rayonunun Camaldın kəndinin sakinləri yas mərasimlərində yemək verilməsini dayandırıblar.

Bunu israfçılıq hesab edən kənd sakinləri Camaldın kəndində yas mərasimlərində yalnız çay süfrəsi olacağını bildiriblər.

Eləcə də ötən il Şəki rayonunun Şirinbulaq kənd camaatının ümumi qərarı ilə bundan sonra yas mərasimlərində yemək verilməyəcəyi açıqlanmışdı. Həmçinin Şəkinin Böyük Dəhnə, Kiçik Dəhnə və Oxud kəndlərində də artıq yaslarda yemək verilməsi adətinin tədricən aradan qalxdığını bildirimişdilər.

Millət vəkili Ceyhun Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, məsələ ilə bağlı müxtəlif istiqamətlərdə işlərin həyata keçirilməsinə ehtiyac var: “Əslində bu məsələ uzun müddətdir ki, Azərbaycan cəmiyyətində müzakirə olunur. Mən də dəfələrlə bu mövzunu mediada səsləndirmişəm. Hesab edirəm ki, bu məsələ ilə bağlı müxtəlif istiqamətlərdə işlərin həyata keçirilməsinə ehtiyac var.

Əslində Qafqaz Müsəlmanları İdarəsinin yas yerlərində israfçılıqla bağlı çağırışları olub. Burada cəmiyyətin də üzərinə ciddi vəzifə düşür. Burada iki istiqamətdə iş getməlidir. Birincisi, ya biz cəmiyyət olaraq bu məsələlərdə fəal iştirak etməliyik, Qafqaz Müsəlmanları İdarəsi də bu prosesdə fəallıq göstərməlidir, ya da məsələ qanunvericilik formasında tənzimlənməlidir. Bu gün cəmiyyətin böyük bir hissəsi bu məsələdən əziyyət çəkir, israfçılıqla üz-üzədir. Bu yalnız bir istiqamətdə deyil, bir neçə istiqamətdə özünü açıq-aydın göstərir. Bu baxımdan, biz bu məsələyə ciddi yanaşmalıyıq və düşünürəm ki, iki yoldan birini seçməliyik.

Bununla bağlı fətva da verilə bilər. Amma hesab edirəm ki, təkcə fətvanın verilməsi vəziyyətdən çıxış yolu deyil. Qeyd etdiyimiz məqamlar, məsələlər hər biri ciddi şəkildə və dəqiqliklə nəzərə alınmalıdır".

Dini məsələlər üzrə ekspert Kənan Rövşənoğlu isə mövzuya bu cür şərh bildirib: “Azərbaycanda uzun illər əvvəl bəzi bölgələrdə yas mərasimində yemək ləğv olunub. 2014-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkə üzrə yeməkli ehsan süfrələrinin qadağan edilməsi kampaniyası başlayıb. Ancaq müəyyən zamandan sonra bəzi rayonlarında yenə bərpa olunub. Bu, dini məsələ deyil. Dində dəfn qaydaları müəyyən olunur. Ehsan süfrələri isə belə demək olarsa, xalq adətidir. İnsanlar dünyasını dəyişənin adına süfrə açıb, başsağlığı üçün gələn insanlara adət olaraq yedirib yola salıb. Ancaq zamanla bu adət bütün digər adət-ənənələrimiz kimi məqsədini aşıb, israf elementləri müşahidə olunub. Bunu aradan qaldırmaq üçün ilk növbədə maarifləndirmə işləri aparılmalıdır. Məcburən, inzibati qaydada bu cür adətləri ləğv eləmək mümkün deyil. Üstəlik, tamamilə ləğv eləmək də mümkün deyil, çünki qonağa süfrə açmaq adətdəndir. Bunu insanlara qadağan eləmək olmur. Sadəcə, israfçılıq aradan qaldırmalıdır. Dediyim kimi, bunu yalnız maarifləndirmə işləri ilə etmək olar”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda QANDONDURAN CİNAYƏT: cinsi orqanını kəsdi - TƏFƏRRÜAT
Bu gün, 11:38
“AzDrama”da ŞOK ULTİMATUM: Mehriban Mehribana yenidən SAVAŞ AÇDI – “ÜZR İSTƏMƏLİSƏN!”
Bu gün, 11:36
Axtarışa verilən Hüseyn Həsənov onu məhkəməyə verir
Bu gün, 11:35
Səidə Niyamı dostluqdan SİLDİ
Bu gün, 11:28
Sabah İstanbula gedə bilərəm - Tramp
Bu gün, 11:26
İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik - İRNA
Bu gün, 11:22
Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... - NƏ BAŞ VERİR?
Bu gün, 11:21
Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb - MƏHKƏMƏ
Bu gün, 11:14
Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir - İLGİNC FAKTLAR...
Bu gün, 11:12
Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara 300 min manat zərər vuran şəxs həbs olunub
Bu gün, 11:05
“İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” - FAKT BUDUR!
Bu gün, 11:02
"Mozalan Studiyası"na yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:51
"İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? - AKTUAL
Bu gün, 10:48
İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? – MƏHKƏMƏ
Bu gün, 10:44
“Peyk zavodu”nun direktoru dəyişib - ƏMR
Bu gün, 10:43
"Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" - vətəndaşdan SOS!!!
Bu gün, 10:41
Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb - Tural Abbaslı
Bu gün, 10:33
“Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 10:21
Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub - BUNDAN SONRA...
Bu gün, 10:19
"Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən AÇIQLAMA
Bu gün, 10:17
Baş həkim olmaq arzusu ona baha başa gəldi... - TƏFƏRRÜAT
Bu gün, 10:11
"1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." - AXI NİYƏ?..
Bu gün, 10:09
Ermənistanın TŞ katibi İrana səfər edəcək - “Armenia-Today”
Bu gün, 10:00
İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA - “O şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var”
Bu gün, 09:58
"Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
Bu gün, 09:53
Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bu gün, 09:50
Vasif Əmirova daha yüksək vəzifə verildi - SOCAR-da yeni təyinat
Bu gün, 09:47
Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:44
Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38
Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:36
Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək
Bu gün, 09:30
Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29
Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27
TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22
“Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19
“Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15
Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13
“Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11
“Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08
Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04
"Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru