Bu dairədə “qırğın” gözlənilir - Onlar seçkidə rəqib olacaq
Tarix: 10-05-2024, 10:29 | Çap et
 Növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı xəbərlərin intensiv xarakter alması iddiaçıların sırasını bir qədər də genişləndirib. Növbəti 5 ildə qanunverici orqanda təmsil olunmaq istəyən tanınmışların çoxu artıq qollarını çırmayıb. Parlament seçkilərinin əvvəllər olduğu kimi, yenə gərgin mübarizə şəraitində keçəcəyinə heç bir şübhə yoxdur.
Yenisabah.az xəbər verir ki, iddiaçıların bir çoxu seçki marafonuna qatılacağını publik şəkildə bəyan edib. Ümid Partiyasının sədri İqbal Ağazadə, REAL lideri İlqar Məmmədov, Müsavat funksioneri Arif Hacılı tərəfdarları ilə birlikdə seçki marafonuna qoşulacaqlarını bildiriblər. “Atlas” Araşdırmaları Mərkəzinin sədri, tanınmış politoloq Elxan Şahinoğlu isə mübarizə aparacağı dairənin adını belə açıqlayıb. O, budəfəki parlament seçkilərində 119 saylı Ağdam kənd seçki dairəsindən mübarizəyə qoşularaq, əməkdar jurnalist “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqova rəqib olacağını deyib. “Yeni Müsavat” Media qrupunun rəhbəri, əməkdar jurnalist Rauf Arifoğlu da növbəti 5 ildə mandata iddialı olduğunu gizlətməyib. O, bir neçə gün əvvəl “Yeni Sabah”a açıqlamasında “yarımçıq qalmış işim var” deyərək, 2020-ci ildəki mübarizəni qaldığı yerdən davam etdirməyə iddialı olduğunu bildirib.
“Yeni Sabah" u ilin yayında keçirilməsi gözlənilən parlament seçkiləri ilə bağlı maraqlı məlumatlar əldə edib. Məlumatlı şəxs saytımıza bildirib ki, parlamentin gəncləşdirilməsi hazırda siyasi hakimiyyətin qarşısında dayanan prioritet vəzifə sayılır. Son günlər mətbuatda da vurğulandığı kimi, qocaman deputatların əksəriyyətinə, xüsusilə yaşı 70-i ötmüş parlamentarilərə “qırmızı işıq” yandırılacaq. Həmçinin mövcud hakimiyyət üçün arzuolunmaz hesab edilən bir neçə tanınmış siyasi xadimin də “oyundankənar vəziyyət”ə salınması gözlənilir.
Aldığımız məlumata görə, budəfəki parlament seçkilərində ən gərgin və maraqlı mübarizə 35 saylı Xətai 3-cü seçki dairəsində gözlənilir. Qeyd edək ki, 2020-ci ilin fevralında keçirilən bu dairədə əsas mübarizə “Yeni Müsavat” Media Qrupunun rəhbəri,Əməkdar jurnalist Rauf Arifoğlu və Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadə arasında getmişdi. Rauf Arifoğlu rəqibini üstələyərək qalib gəlməyi bacarsa da, İqbal Ağazadənin şikayəti əsasında, sonradan MSK dairənin nəticələrini ləğv etmişdi.
Məlumatlara görə, 35 saylı Xətai 3-cü seçki dairəsində yarışma bu dəfə də gərgin mübarizə şəraitində keçəcək. Çünki Rauf Arifoğlu geri çəkilməyəcəyini dəfələrlə bəyan edib. İqbal Ağazadə isə özünü həmin dairənin favoriti hesab etdiyi üçün, yenə Xətai seçicilərinə üz tutmaqda qərarlıdı.
“Yeni Sabah” bu dairə ilə bağlı ilginc məlumatlar əldə edib. REAL-ın aparıcı funksionerlərindən biri saytımıza İlqar Məmmədovun da həmin dairədən mübarizəyə qoşulacağını bildirib. Onun sözlərinə görə, Binəqədinin ona uğur gətirmədiyini düşünən baş REAL-çı bu dəfə Xətai zəhmətkeşlərindən dəstək istəyəcək. Partiyadaşı inanılması çətin olan məlumatlar açıqlayıb. Onun sözlərinə görə, İlqar Məmmədovun mandat qazanacağına ümidi çox azdır. REAL sədri hesab edir ki, prinsipial mövqeyinə görə hakimiyyət onu parlamentdə görmək istəmir. Buna görə də qalmaqallı yol seçərək, həm yerli, həm də beynəlxalq ictimaiyyətin diqqətini öz üzərinə cəlb etmək istəyir.
“İlqar bəy düşünür ki, onun da namizəd olması ilə 35 saylı Xətai 3-cü seçki dairəsində əsl xaos yaranacaq. 2020-ci ildə olduğu kimi, bu dəfə də həmin dairədə qalib Rauf Arifoğlu olacaq. Bizdə Rauf Arifoğlunun ötən 4 ildə həmin dairənin ərazisində yaşayan əhalinin problemlərini daim diqqətdə saxladığına dair məlumatlar var. Buna görə də İlqar bəy həmin dairədən mübarizəyə qoşularaq özünün hakimiyyət tərəfindən qəbul edilməyən "barışmaz müxalifətçi" obrazını yaratmaq istəyir. Qısacası, İlqar Məmmədov seçilmək yox, seçilməmək üçün həmin dairədən mübarizəyə qoşulmağa qərar verib", - deyə REAL funksioneri bildirib.
İddialıların bioqrafiyası həmin dairədə “qırğın” olacağını indidən söyləməyə əsas verir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 10:21 |
|
|
|
• Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub - BUNDAN SONRA...
Bu gün, 10:19 |
|
|
|
• "Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən AÇIQLAMA
Bu gün, 10:17 |
|
|
|
• Baş həkim olmaq arzusu ona baha başa gəldi... - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• "1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." - AXI NİYƏ?..
Bu gün, 10:09 |
|
|
|
• Ermənistanın TŞ katibi İrana səfər edəcək - “Armenia-Today”
Bu gün, 10:00 |
|
|
|
• İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA - “O şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var”
Bu gün, 09:58 |
|
|
|
• "Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
Bu gün, 09:53 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bu gün, 09:50 |
|
|
|
• Vasif Əmirova daha yüksək vəzifə verildi - SOCAR-da yeni təyinat
Bu gün, 09:47 |
|
|
|
• Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:44 |
|
|
|
• Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38 |
|
|
|
• Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:36 |
|
|
|
• Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək
Bu gün, 09:30 |
|
|
|
• Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29 |
|
|
|
• Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27 |
|
|
|
• TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22 |
|
|
|
• “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19 |
|
|
|
• “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15 |
|
|
|
• Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13 |
|
|
|
• “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11 |
|
|
|
• “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08 |
|
|
|
• Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04 |
|
|
|
• "Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01 |
|
|
|
• Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43 |
|
|
|
• Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40 |
|
|
|
• "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35 |
|
|
|
• Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34 |
|
|
|
• "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31 |
|
|
|
• Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10 |
|
|
|
• 3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02 |
|
|
|
• Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59 |
|
|
|
• Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55 |
|
|
|
• İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50 |
|
|
|
• ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45 |
|
|
|
• Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
• İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38 |
|
|
|
• Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31 |
|
|
|
• Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22 |
|
|
|
• Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12 |
|
|
|
• “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10 |
|
|
|
• Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04 |
|
|
|
• Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01 |
|
|
|
• Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56 |
|
|
|
• Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46 |
|
|
|
• Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44 |
|
|
|
• "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42 |
|
|
|
• Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38 |
|
|
|
• Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33 |
|
|
|
• Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31 |
|
|
|
|