
BİR AİLƏNİN 6 ÜZVÜ QİDADAN ZƏHƏRLƏNİB
Azərbaycanın Beyləqan rayonunda 6 nəfər qidadan zəhərlənib.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən xəbərinə görə, mayın 10-da Beyləqan rayonunun Örənqala qəsəbə sakinləri Züleyxa Əmiraslanova, qızı Rasxa, oğlu Rüstəm, nəvələri Kənan, Günel və qohumu Qənzilə Əmiraslanova qidadan (pomidor turşusu) zəhərlənmə ilə xəstəxanaya gətiriliblər, vəziyyətləri qənaətbəxşdir.