Əliyevin sülh üçün 2+2 tələbi: İrəvan niyə yayınır? .....                     “ATEF” in rəhbəri Talıb Əlixanbəyov xaricə valyuta çıxarıb? .....                     BU NƏDİ BELƏ: Bakıda 2 manatlıq sosiskalar satışda... .....                     Bakıda ifşa edilən şəbəkə ilə məşhur ailənin gizli əlaqəsi? .....                     23 illik nəqliyyat şirkəti .....                     Azərbaycanda BOKT qızıllarını satışa çıxarır .....                     Qriqoryanın açıqlamasında yenilik yoxdur .....                     Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış .....                     İrəvan Bakının bu tələbindən niyə yayınır? .....                     Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" .....                     Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... .....                     Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR .....                     Texnologiyanın yeni BƏLASI: .....                     20 min manatlıq yerli avtomobili kim alır? .....                     Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir .....                     Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb .....                     Alternativ hərbi xidmət: .....                     Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir .....                     "Müəllimi bu həddə çatdırmaq olmaz" .....                     Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi .....                     Gömrükdə sifarişlərim saxlanılır .....                     Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır .....                     Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir .....                     “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib .....                     Gürcüstan arzusuna çatdımı? .....                     ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir .....                     Sıra Nazilə Səfərliyə gəldi... .....                     İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək .....                     Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı .....                     Suriya-Türkiyə münasibətləri .....                     Ermənistan sülh əvəzinə yeni ərazi istədi .....                     Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib .....                     İrəvandan Zəngəzur açıqlaması: .....                     Gəncədə məktəbli məktəblini bıçaqlayıb .....                     Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? .....                     Azərbaycanın İnterpola verdiyi şəxs .....                     "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" .....                     Kürdəmir rayon prokuroru müavininin işinə .....                     “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” .....                     Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan .....                 

KƏRƏM HƏSƏNOVUN MÜAVİNİNİN FIRILDAQLARI
Tarix: 11-05-2012, 17:22 | Çap et
KƏRƏM HƏSƏNOVUN MÜAVİNİNİN FIRILDAQLARI

MASALLIDAN OLAN QADIN SAHİBKARA NECƏ “TİRBA TİKİLDİ”?

DİA.AZ: - Masallı rayonunda da qadın sahibkar məmur özbaşınalığından uzun illərdir ki, əziyyət çəkir. DİA.AZ-a müraciət edən Masallı rayonunun Qəriblər kənd sakini, qadın sahibkar Səbirə Mirzəyeva bu iddiadadır. “Turan” kooperativinin rəhbəri olan Səbirə Mirzəyeva deyir ki, 1990-cı il martın 1-də “Azərtikinti”Trestinin “Lənkərantikinti” İdarəsi ilə müqavilə bağlayaraq idarənin 29 saylı Səyyar Mexanikləşdirilmiş Dəstəsinin 1,5 hektar əkin üçün yararlı olan torpaq sahəsini icarəyə götürüb. Sahibkar bərbad vəziyyətdə olan həmin ərazini abadlaşdırıb. 10 ilə yaxın bu ərazidən istifadə edən Səbirə Mirzəyeva burada “Turan” kooperativinin hesabına artezian quyuları qazdırıb, ərazidəki yarımçıq tikililəri başa çatdırıb təmir edib. İcarəyə götürdüyü vaxtdan Səbirə Mirzəyeva həmin ərazinin icarə və digər rüsumlarını da vaxtında ödəyib. Ərazidə infrastruktur qurulandan sonra sahibkar sahəni özəlləşdirmək üçün texniki pasportu da şəxsi vəsaiti ilə hazırladıb, digər sənədləri də toplayıb. Amma, yer qəfil olaraq sahibkardan alınıb və saxta sənədlərlə başqa şəxsə satılıb. Əraziyə torpağın mülkiyyətinə dair Dövlət Aktı da verilib, bütün sənədlər qanunauyğun hazırlanıb. Amma, buna baxmayaraq, rayonun yüksək rütbəli məmurları qanunsuz olaraq saxta sənədlərlə torpaq sahəsini sahibkardan alıb başqa şəxsə, Masallı rayonuna aidiyyəti olmayan bir məcburi köçkünə satıb: “2006-cı ildə rayonun Şərəfə kəndi ərazisindəki klubda məcburi köçkün kimi məskunlaşan Qurban Həşimov adlı şəxs Qəriblər ərazi vahidinin Şıxlar kəndi ərazisindəki Masallı-Yardımlı Yol Evini zəbt etmişdi. Bundan xəbər tutan Yardımlı Yol İdarəsinin rəisi məcburi köçkün adı ilə dövlət əmlakını zəbt edən Qurban Həşimovu oradan çıxardı. Nəqliyyat Nazirliyinin müdaxiləsilə həmin yer Qurban Həşimovdan alınandan sonra o Qəriblər kəndi ərazisinə gəldi və bizdən sığınacaq istədi. Mən də Qurban Həşimovun yalanlarına inanaraq ona həmin 1,5 hektar torpaq sahəsində şəxsi vəsaitimlə inşa etdirdiyim binada müvəqqəti sığınacaq verdim. Amma sonra bu bizim başımıza bəla oldu. Bir də xəbər tutduq ki, Qurban Həşimov rayonun yüksək rütbəli məmurları ilə birləşib ərazini ələ keçirib”.

Məmurlar Qəriblər icra nümayəndəsinin binasını da satıb

Səbirə Mirzəyeva deyir ki, həmin ərazidə Qəriblər ərazi icra nümayəndəliyi də fəaliyyət göstərir: “ 2000-ci il mayın 17-də ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Qəriblər ərazi vahidi yaradıldı. Həmin il iyunun 13-də inzibati bina olmadığı üçün “Turan” firması icarəyə götürdüyü həmin ərazidə şəxsi vəsaiti ilə bina tikib əsaslı təmir edərək icra nümayəndəliyinin bu binada yerləşməsinə icazə verdi. Həmin vaxtdan etibarən icra nümayəndəliyi həmin ərazidəki binada yerləşir. Amma, Qurban Həşimov saxta yolla sənəd alandan sonra bu binanı da zəbt edib. O binanın bir tərəfində məskunlaşıb. Ona görə də ərazini bütünlüklə qanunsuz olaraq hasarlayıb və icra nümayəndəliyinə girişi qadağan edib. Özü haçan istəsə qapını açır, icra nümayəndəsinə binaya daxil olmağa icazə verir, istəməyəndə isə oranı qıfıllayıb gedir. Heç kim də bu şəxsin özbaşınalığına “dur” demir. Dəfələrlə Qəriblər, Şıxlar kənd sakinləri bununla bağlı aidiyyəti qurumlara müraciət edib, amma heç bir faydası yoxdur. Heç kim Qurban Həşimovun bu qanunsuzluğuna müdaxilə etmək istəmir. Hazırda məcburi köçkün adından istifadə edən bu şəxs də “Turan” firmasının balansındakı torpaqlarla yanaşı, vətəndaşlara bölünən pay torpaqları da zəbt edib, ora heç kimi buraxmır”. Şikayətçinin dediyinə görə, torpaq sahəsi bələdiyyənin balansında olduğu halda Qəriblər bələdiyyəsinin yeni tərkibi də torpaqlarının qaytarılması ilə bağlı iddia etmir. Bələdiyyənin bu hərəkəti onun da bu məsələdə marağının olmasından xəbər verir. Heç bir əsas olmadan torpaqları zəbt edilən bələdiyyə Qurban Həşimovdan həmin torpaqlarının geri qaytarılmasıl ilə bağlı hec bir tələb irəli sürmür.

Kərəm Həsənovu aldadan mütəşəkkil qrupun üzvləri

Səbirə Mirzəyeva iddia edir ki, həmin ərazinin zəbt edilməsində Qurban Həşimova himayədarlıq edənlər də bəllidir. Həmin şəxslər Masallı və Cəlilabad rayonlarında yüksək vəzifə tuturlar: “ Bu işdə saxtakarlığı Əmlak Məsələləri Dövlət Komitəsinin Cəlilabad Ərazi İdarəsinin müdiri Qalib Xudaverdiyev, komitənin Masallı rayon şöbəsinin müdiri Cəfər Gözəlov və 26 saylı Səyyar Mexanikləşdirilmiş Dəstəsinin rəhbəri Daxil İbayev edib. Həmin şəxslər cinayət əlaqəsinə girərək Əmlak Məsələləri Dövlət Komitəsindən xəbərsiz gizli hərrac keçirib və hərrac barədə heç kimə bildirməyiblər. Onlar bilə-bilə ki, “Turan” firması bu ərazini icarəyə götürüb, bizə məlumat vermədən torpağı Qurban Həşimovun adına keçirib. Həmin vaxt nə hərrac keçirilib, nə də bu barədə elan verilib. Sadəcə həmin şəxslər birləşib müəyyən maraqları hesabına Qurban Həşimovla cinayət əlaqəsinə girib hərracda onun qalib olması barədə Əmlak Məsələləri Dövlət Komitəsinə yalan məlumat veriblər. Nəticədə komitədən Qurban Həşimovun adına saxta sənədlər əsasında şəhadətnamə çıxarıblar. Buna görə də, həmin şəxslər indi də məhkəmələrdə Qurban Həşimovu müdafiə edir, onun guya vicdanlı alıcı olduğunu sübut etməyə çalışırlar. Torpaq sahəsi hərrac qiymətindən 10 qat aşağı qiymətə Qurban Həşimova satılıb. Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov 2008-ci il sentyabrın 24-də sənəd tərtib edərək guya torpaq sahəsinin hərraca çıxarıldığını və Qurban Həşimovun həmin hərracda qalib gəldiyini bildirib. Torpağın qiyməti aidiyyəti qurum tərəfindən 26 min 895 min manat qiymətləndirildiyi halda, Rafiq Cəlilovun imzaladığı sənəddə həmin məbləğ 2 min 356 manata hərraca çıxarıldığı və Qurban Həşimov tərəfindən alındığı bildirilir ”.
Sahibkar məsələ ilə bağlı Masallı rayon məhkəməsində iddia qaldırıb. Lakin, məhkəmə iqtisadi məsələ olduğundan işi Şirvan İqtisad Məhkəməsinə göndərib. Adıçəkilən məhkəmə isə heç bir əsas olmadan işi qeyri-müəyyən vaxta təxirə salıb.

Rafiq Cəlilovun saxta sənədləşmədə marağı

Səbirə Mirzəyeva deyir ki, saxta şəhadətnaməni görəndən sonra Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova müraciət edib. Sahibkarı Kərəm Həsənov deyil, onun müavini Rafiq Cəlilov qəbul edib. Rafiq Cəlilov isə iddia edib ki, guya hərrac qanuni keçirilib. Amma sahibkar hərracın saxta olmasını sübut edən sənədləri ona təqdim edəndə o məsuliyyətdən yayınmaq istəyib. Torpağın 1990-cı ildən “Turan” firmasının icarəsində olduğu barədə sənədləri görən Rafiq Cəlilov sonda onlara yenidən məhkəməyə müraciət etməyi məsləhət görməklə məsuliyyətdən yayınmağa çalışıb. Lakin Səbirə Mirzəyeva bununla sakitləşməyib hüquqlarının müdafiəsi üçün birbaşa Kərəm Həsənovla görüşməyə cəhd edib və nəhayət buna nail olub. Komitənin bəzi məmurlarının müdaxiləsinə baxmayaraq sahibkar komitə sədrinin qəbuluna düşüb. Qəbulda məsələni danışan sahibkar Kərəm Həsənovdan qanunsuzluğu araşdırmasını xahiş edib. Qəbul zamanı məlum olub ki, həqiqətən də Kərəm Həsənovun bu məsələdən məlumatı olmayıb və saxta hərrac məsələsi aşağı səviyyəli məmurlar tərəfindən rəsmiləşdirilib: “Mən Kərəm Həsənova vaxtilə özəlləşmənin mənə verdiyi arayışı, 26 saylı Səyyar Mexanikləşdirilmış dəstənin sabiq rəisinin torpağı özəlləşdirməyə çıxarmaq üçün verdiyi sənədi təqdim etdim. Məlum oldu ki, həqiqətən də torpaq sahəsi hərraca çıxarılarkən bu barədə yerli sakinlərə heç bir məlumat verilməyib və birbaşa hərracda Qurban Həşimov iştirak edib. Həmin maraqlı şəxslər də gizli yolla hərrac keçirməklə Qurban Həşimova torpaq satmaq üçün sənədləri saxtalaşdırıb, bu barədə nə “Turan” firmasına, nə də digər sakinlərə məlumat verməyib. Məsələ ilə bağlı maraqlanan Kərəm Həsənov bütün müavinlərini çağırıb məsələnin ciddi araşdırılmasını tapşırıb və sahibkara şəhadətnamənin ləğv edilməsi üçün məhkəməyə müraciət edilməsini tapşırdı. Bundan sonra sahibkar Xətai rayon məhkəməsində iddia qaldıraraq saxta hərracın nəticələrinin və Qurban Həşimova verilən 24.09.2008-ci il tarixli 00154 sayı şəhadətnamənin ləğv edilməsini, torpaq sahəsilə bağlı yenidən hərracın keçirilməsini istəyib. Lakin, Xətai rayon məhkəməsi iddianı tam təmin etməyib. Məhkəmə araşdırması zamanı hərracın qanunsuz keçirilməsi təsdiqini tapsa da, hakim Leyla Talıbova hərracın nəticələrini ləğv etməyib. Məhkəmənin qərarı ilə şəhadətnamə ləğv edilsə də, hərracın nəticələri olduğu kimi saxlanılıb.Leyla Talıbovanın qəbul etdiyi qərarda göstərilir ki, vətəndaşların torpaqları özlərinə qaytarılandan sonra şəhadətnamənin verilməsinə yenidən Əmlak Məsələləri Dövlət Komitəsində baxıla bilər. Amma, hakimin hərracın nəticələrini niyə ləğv etməməsi iddiaçıya qaranlıq qalıb. Qərarla razılaşmayan iddiaçı sənəddən Bakı Apellyasiya Məhkəməsinə müraciət edir. Səbirə Mirzəyeva deyir ki, Xətai Məhkəməsindən fərqli olaraq Bakı Apellyasiya Məhkəməsində iş obyektiv araşdırılmağa başlanıb. İlk məhkəmə proseslərindən hakim İsa İsmayılov tərəflərin dindirilməsini həyata keçirsə də, cavabdehlərin, yəni Qurban Həşimovun himayədarlarının yalan çıxışlarını dinləməyə ehtiyac görməyib. Hazırda iş üzrə növbəti məhkəmə prosesi mayın 15-ə təyin edilib. Sahibkar inanır ki, Bakı Apellyasiya Məhkəməsi işi sonadək obyektiv araşdıracaq və qanuni, ədalətli qərar qəbul edəcək.
Səbirə Mirzəyeva məsələ ilə bağlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, ədliyyə naziri Fikrət Məmmədova, nazirliyin Məhkəmə Hüquq Şurasının Aparat rəhbəri Cavid Hüseynova, Ədliyyə Nazirliyinin Təşkilat-Nəzarət Baş İdarəsini rəisi Azər Cəfərova, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova və Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə iş Komitəsinin sədri Əli Həsənova müraciət edib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əliyevin sülh üçün 2+2 tələbi: İrəvan niyə yayınır? - GƏLİŞMƏ
Bu gün, 07:04
“ATEF” in rəhbəri Talıb Əlixanbəyov xaricə valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 06:32
BU NƏDİ BELƏ: Bakıda 2 manatlıq sosiskalar satışda... - "Leş Tofiq" yenə iş başındadır?
Bu gün, 06:26
Bakıda ifşa edilən şəbəkə ilə məşhur ailənin gizli əlaqəsi? - Oxlar ora aparır…
Bu gün, 06:22
23 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
Azərbaycanda BOKT qızıllarını satışa çıxarır - DETALLAR
Bu gün, 00:02
Qriqoryanın açıqlamasında yenilik yoxdur - RƏY
Dünən, 23:34
Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış - "Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi..."
Dünən, 23:28
İrəvan Bakının bu tələbindən niyə yayınır? – Mühüm məqam
Dünən, 23:26
Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" - NƏ BAŞ VERİR?
Dünən, 19:46
Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Dünən, 19:02
Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Dünən, 19:00
Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Dünən, 18:58
20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Dünən, 18:56
Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Dünən, 18:03
Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Dünən, 18:01
Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Dünən, 18:00
Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Dünən, 17:58
"Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Dünən, 17:48
Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:44
Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Dünən, 17:40
Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Dünən, 17:37
Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Dünən, 17:27
“Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Dünən, 17:23
Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Dünən, 17:14
ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Dünən, 17:10
Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Dünən, 17:05
İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Dünən, 17:03
Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Dünən, 16:57
Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Dünən, 16:53
Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Dünən, 16:50
Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Dünən, 16:48
İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Dünən, 16:46
Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Dünən, 16:42
Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Dünən, 16:41
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Dünən, 16:34
"Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Dünən, 16:32
Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Dünən, 16:30
“Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Dünən, 16:28
Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Dünən, 16:23
Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Dünən, 16:21
Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Dünən, 16:19
Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Dünən, 16:17
“Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Dünən, 16:13
“Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Dünən, 16:12
Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Dünən, 16:09
“İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Dünən, 16:08
“Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Dünən, 15:36
Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Dünən, 15:34
Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Dünən, 15:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru