“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” .....                     Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... .....                     “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU .....                     "Bunlar hamısı siyasətin təzahürləridir" .....                     Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir .....                     İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu .....                     Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib .....                     Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... .....                     “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub .....                     Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub .....                     Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB .....                     Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq .....                     Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi .....                     "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..." .....                     Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? .....                     Erməni əsgərləri BELƏ QAŞINIR... .....                     Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı .....                     Hindistan bizi boykot edir: BƏS BİZ? .....                     "Rusiyaya nota verilməlidir" .....                     Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... .....                     İşçi buna görə məsuliyyət daşıyır... .....                     "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" .....                     Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi .....                     Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... .....                     DSK sədri vəfat etdi .....                     Kadırov getsə, yerinə kim gələcək? .....                     İşçilərin şəxsi həyatının toxunulmazlığı... .....                     "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" .....                     Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR .....                     Hindistan təcavüzünü Pakistan necə önləyir? .....                     Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb .....                     "Efirim canlı olduğu üçün yanında ola bilmədim" .....                     Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... .....                     Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət .....                     "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" .....                     Ermənistanda ACINACAQLI DURUM .....                     Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb .....                     Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu .....                 

DÜNYANIN GÜLÜNC YERİNƏ ÇEVRİLDİK
Tarix: 5-05-2012, 16:44 | Çap et
DÜNYANIN GÜLÜNC YERİNƏ ÇEVRİLDİK

“AVROVİZİYA” YARIŞMASINA ƏN ÇOX PULU XƏRCLƏMİŞİK

Transitions Onlineqeyri-kommersiya İnternet jurnalı bildirir ki, Azərbaycanda Eurovision müsabiqəsi bu mahnı müsabiqəsinin tarixində ən bahalısı olacaq.

Jurnalist Şəhla Sultanova hekayəsinə Azərbaycanın şimal-qərbində Kəmərli kənd sakinlərinin əsas problemindən – su problemindən başlayır.

“Hər gün kənd sakinləri bir neçə su mənbəyindən biri olan artezian quyusundan su daşımaq məcburiyyətindədirlər. Həm də, Dünya Bankının məruzəsinə əsasən, su təchizatı problemi bütün Azərbaycan üçün səciyyəvidir, ölkənin supaylayıcı sisteminin böyük hissəsinin yaşı 50-dən çoxdur və istismar müddəti bitmək üzrədir”, deyə jurnalist Şəhla Sultanova “Transitions Online” (TOL) təşkilatının onlayn jurnalında dərc edilmiş məqaləsində yazır.

“Su içmək üçün yararlı deyil, duzludur. Biz gündəlik ehtiyaclarımız, əsasən yuyunmaq üçün duzlu suyu konteynerlərlə daşıyırıq. Bu, ağırdır. Kişilər işlədiyi zaman qadınlar və uşaqlar quyuya gedib böyük konteynerləri orada daşımaq məcburiyyətində qalırlar. İçməli suyu hər gün pulla alırıq, bu isə çox pul tutur”, deyə Kəmərli kənd sakini Hikmət Həsənov söyləyib.

Dünya Bankının məruzəsində deyilir ki, bir çox su kəməri şəbəkələrinin vəziyyəti və bununla bağlı təchizatda fasilələr və böyükmiqyaslı sızıntılar kimi problemlər xidmətlərin keyfiyyətinə və etibarlılığına təsir göstərir və Azərbaycan əhalisinin sağlamlığı üçün təhlükəlidir. 2011-ci ilin iyununda Azərbaycan hökuməti bu problemin həlli ilə məşğul olmağı qərara aldı və ölkənin 64 inzibati bölgəsinin 18-də su təchizatı və kanalizasiya sistemlərinin təmirinə 320 mln. dollar ayırdı. Lakin bir neçə ay sonra yeni fərmanla ayrılmış vəsaitin beşdə biri Bakıda mayın sonlarında “Eurovision-2012” musiqi müsabiqəsinin keçiriləcəyi konsert zalının tikintisinə yönəldildi.

“Hökumət insanları su ilə təmin etmək yerinə su təchizatı xərclərini azaltdı və vəsaitdən piar üçün istifadə edir. Hökumətin resursları çoxdur. Su təchizatı layihələrinə yönəlmiş pullardan istifadə etmək nəyə lazım idi? Azərbaycanın bir çox regionları yay vaxtı su çatışmazlığından əziyyət çəkir. Bu, sağlamlıq üçün təhlükədir”, deyə Azərbaycan iqtisadçısı, Respublikaçı Alternativ Hərəkatının həmtəsisçisi Natiq Cəfərli bildirib.

Görünür, su “Eurovision-2011”də Azərbaycan duetinin müsabiqəni Bakıya gətirən qələbəsinin bəhrəsini ödəmək üçün xərclənən yeganə mənbə deyil, deyə nəşr yazır. Belə ki, Azərbaycan hökuməti 258 saylı fərmanla əmək haqqı və təqaüdlərin artırılması fondunu 63,6 mln. dollar azaldıb və vəsaiti konsert zalına yatırıb. 202s və 233s saylı fərmanlar isə ölkənin ehtiyat fondundan və digər layihələrdən 108 mln. dollar “Eurovision”la bağlı xərclərə yönəldilib.

Azərbaycan prezidentinin və hökumətinin fərmanlarının “Transitions Online” təşkilatı tərəfindən hazırlanmış icmalı göstərib ki, təkcə pul dəyərinə görə Bakıda keçiriləcək “Eurovision” müsabiqə tarixində ən bahalısı olacaq. “Eurovision”un adı çəkilən birbaşa fərmanlar 75,7 mln. dollara çatır. Bunun 63,6 mln. dolları müsabiqənin təşkilinə, 10 mln. dolları Avropa Yayım İttifaqına maliyyə zəmanətinin verilməsi üçün dövlət televiziyasına, 1,3 mln. dolları isə müsabiqənin milli iştirakçılarının səyahətlərinə ayrılıb.

Lakin həqiqətdə Bakıda “Eurovision”un real dəyəri rəsmi rəqəmlərdən dəfələrlə çox ola bilər. Məbləği milyonlarla dollar olan dövlət xərcləri haqqında bir neçə fərman, göründüyü kimi, müsabiqənin təşkilinin dəstəklənməsinə, məsələn, idman və konsert kompleksinin tikintisinə, yeni “Baku Crystal Hall” konsert zalının yerləşdiyi Bayraq Meydanının abadlaşdırılmasına, Tofiq Bəhramov adına stadionun yenidənqurmasına və s. yönəlib. “TOL” təşkilatı tərəfindən yoxlanılmış 11 fərmanın hamısı “Eurovision”a və müsabiqə ilə bağlı layihələrə dövlət xərclərinin 721 mln. dollar təşkil etdiyini göstərir. Bu vəsaitin 645 mln. dolları bilavasitə xərclərdir. Həm dəbu məbləğə beynəlxalq tədbirlərin keçirilməsi üçün ayrılmış 62 mln. dollar daxil deyil.

Digər qiymətləndirmələrə görə, xərclərin ümumi məbləği fərqlənir. Belə ki, analitik İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu 620 mln. dollar məbləğ göstərir, lakin qeyd edir ki, bilavasitə xərclərlə birlikdə bu məbləğ 1 mlrd. manata (1.240 mlrd. dollar) yaxın ola bilər. “Müsabiqənin keçirilməsi üçün ağlasığmaz miqdarda pul xərclənir”, deyə İbadoğlu qeyd edib. Öz növbəsində, iqtisadçı Nazim Məmmədov qeyd edir ki, Nazirlər Kabineti xərclərlə bağlı açıq izahat vermədiyi üçün KİV-də “Eurovision” xərcləri şişirdilə bilər.

Lakin Azad İqtisadiyyata Yardım İctimai Birliyinin rəhbəri Zöhrab İsmayıl bu arqumenti təkzib edir. “Crystal Hall “Eurovision”u qəbul etmək üçün tikilib. Bayraq Meydanında günün 24 saatı yenidənqurma işləri aparılır, çünki konsert zalı orada yerləşir. Bakı-Ələt yolu insanları mərkəzdən zala aparır. T.Bəhramov adına stadion Avropa Yayım İttifaqının tələbinə uyğun olaraq “B” planıdır. İdman naziri yerli KİV-ə bildiib ki, müsabiqə üçün 50 avtobus alınıb. Xərclər “birbaşa” və “bilavasitə” kateqoriyalarına bölünməməlidir, onların hamısı birbaşa musiqi müsabiqəsi ilə bağlıdır”, deyə Z.İsmayıl bildirib.

Dövlət İqtisad Universitetinin iqtisadi tənzimləmə şöbəsinin rəhbəri və hakim partiyanın üzvü Mehiş Əhmədov Eurovisiona böyük vəsait xərcləndiyini inkar etmir. Lakin onların dəyərli yatırım olduğunu vurğulayır. “Dünyanın bizi qəbul etməsi üçün bu, Azərbaycan üçün çox mühümdür”, deyə o qeyd edib. “Eurovision bizə radikal islam ölkəsi deyil, dünyəvi ölkə olduğumuzu göstərmək üçün gözəl imkan verir. Biz inkişaf etmiş iqtisadiyyatımız, yaxşı infrastrukturumuz olduğunu dünyaya nümayiş etdirməliyik. Dünya görməlidir ki, biz Ermənistanın bizi təqdim etmək istədiyi kimi təcavüzkar deyil, sülhsevər xalqıq”.

“Tikilmiş kiçik körpü yüz milyonlarla manata başa gələ bilər”, deyə Əhmədov sözünə davam edib. “Bu, gələcəyə açılan körpüdür. Biz onun yaxşı olması üçün nə qədər lazımdırsa, o qədər pul xərcləməliyik”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Bu gün, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03
Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52
Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51
Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37
Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34
Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29
Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27
Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10
"Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09
Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01
Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55
Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29
Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19
"Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10
Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05
İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03
"Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54
Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33
Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24
DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17
Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14
İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26
"Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23
Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru