NAXÇIVANIN KEÇMİŞ BAŞ NAZİRİ AVROPAYA ŞİKAYƏT EDİB
Tarix: 2-05-2012, 13:41 | Çap et
AVROPA MƏHKƏMƏSİ BAKIYA SORĞU GÖNDƏRİB
DİA.AZ: - 2010-cu ilin yayında dinc toplantıda polislər tərəfindən tutularaq zorakılığa məruz qalmış gənc fəal Rövşən Nəsirlinin şikayəti BMT-nin İnsan Hüquqları Komitəsinə göndərilib.
Avropa Məhkəməsi ilə Azərbaycan Hökuməti arasında isə daha bir şikayətlə bağlı kommunikasiya başlayıb. Məhkəmə Naxçıvan Muxtar Respublikasının sabiq Baş Naziri, hazırda Ankarada yaşayan Becan Fərzəliyevin şiklayəti üzrə Hökumətə sorğu göndərib.
Bu barədə DİA.AZ-a adları çəkilən şəxslərin beynəlxalq məhkəmələr qarşısında hüquqlarını müdafiə edən İntiqam Əliyev məlumat verib.
Becan Fərzəliyevin işi
2005-ci ilin noyabr ayında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Naxçıvan MR Prokurorluğuna müraciət edərək bildirib ki, 1991-ci ilin noyabr-dekabr aylarında Naxçıvan MR-nın sabiq Baş Naziri Becan Fərzəliyevin (bundan sonra – Şikayətçi) sərəncamları ilə Naxçıvan MR Nazirlər Kabinetinin yanında Əsaslı Tikinti İdarəsinin hesabından 9.408.800 rubl, Naxçıvan MR-nın Nazirlər Kabinetinin işlər idarəsinin hesabından 2.341.200 rubl, ümumilikdə 11.750.000 rubl vəsaitin 6 ədəd vertolyot alınması adı ilə Bakıda yerləşən «Şüa» kiçik müəssisəsinin hesabına köçürülüb. Lakin köçürülmüş vəsaitə heç nə alınmadığını qeyd edərək, həmin pulların geri qaytarılmasına köməklik göstərilməsini xahiş edib. Naxçıvan MR Prokurorluğunun 09 noyabr 2005-ci il tarixli qərarı ilə qeyd edilən fakt üzrə cinayət işi başlanıb.
İstintaqın sonunda bu nəticəyə gəlinib ki, 4.300.000 rubl vəsait «Şüa» kiçik müəssisəsinin təsisçisi Ə.Məmmədov, sabiq Səhiyyə Naziri F.Cəfərquliyev və sabiq Baş Nazir B.Fərzəliyev mənimsəyib. Lakin müstəntiqin 21 yanvar 2006-cı il tarixli qərarı ilə cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə bağlı Cinayət Məcəlləsinin 75.1.3-cü maddəsinə əsasən həmin şəxslər barədə cinayət işinə xitam verilib. Şikayətçi 25 sentyabr 2006-cı ildə həmin qərardan Naxçıvan Rayon Prokuroruna şikayət verib, lakin oradan heç bir cavab almadığı üçün həmin qurumun hərəkətsizliyindən Baş Prokurora şikayət göndərib.
Naxçıvan MR-in Prokurorluğu 03 noyabr 2006-cı ildə vəkilə cavab yazaraq bildirib ki, 21 yanvar 2006-cı il tarixli qərardan verilən şikayətə üzrə Naxçıvan MR-in Prokurorluğunun 02 oktyabr 2006-cı il tarixli qərarı ilə cinayət işinə xitam verilməsi barədə qərar qüvvədə saxlanıb və qərarın surəti vəkilə göndərilib.
14 noyabr 2006-cı ildə Şikayətçi yenidən Naxçıvan Rayon Prokurorluğundan ölkənin Baş Prokuroruna şikayət verib. B.Fərzəliyev orada göstərib ki, 21 yanvar 2006-cı il tarixli cinayət işinə xitam verilməsi barədə qərardan verdiyi şikayətə heç bir cavab verilmədiyi halda, Naxçıvan MR Prokurorluğu 03 noyabr 2006-cı il tarixli məktubla şikayətə baxılması nəticəsində qəbul edilmiş qərarın onun ünvanına göndərildiyini bildirib. B.Fərzəliyev qeyd edilən qərarların ona verilməsini xahiş edib.
Baş Prokurorluq 26 noyabr 2006-cı il tarixli məktubla ona bildirib ki, müraciəti Naxçıvan MR Prokurorluğuna göndərilib və nəticəsi barədə müraciət müəllifinə məlumat verilməsi xahiş edilib.
27 fevral 2007-ci ildə ərizəçi 21 yanvar 2006-cı il tarixli cinayət işinə xitam verilməsi barədə qərardan verdiyi şikayətə cavab verilmədiyinə görə üçüncü dəfə Naxçıvan Rayon Prokurorluğundan ölkənin Baş Prokuroruna şikayət verib. Baş Prokurorluq 16 mart 2007-ci il tarixli məktubla yenidən ona bildirib ki, şikayəti baxılması üçün yenidən Naxçıvan MR Prokurorluğuna göndərilib və nəticəsi barədə müraciət müəllifinə məlumat verilməsi xahiş edilib. Nəticədə, B.Fərzəliyev Naxçıvandan şikayəti ilə bağlı hər hansı sənəd ala bilməyib.
16 fevral 2006-cı ildə Naxçıvan Rayon Prokuroru cinayət nəticəsində dövlətə vurulmuş zərərin ərizəçidən, Ə.Məmmədov və F.Cəfərquliyevdən alınması üçün iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib.
Nəsimi Rayon Məhkəməsinin 08 may 2006-cı il tarixli qətnaməsi iddia qismən təmin edilib belə ki, B.Fərzəliyevdən və Ə.Məmmədovdan müştərək qaydada 2.327.059 (iki milyon üç yüz iyirmi yeddi min əlli doqquz) manat alınaraq Naxçıvan Muxtar Respublikasının büdcəsinə ödənilməsi barədə qərar verilib. İddianın F.Cəfərquliyevə qarşı olan hissəsi rədd edilib.
B.Fərzəliyevin məhkəmənin bu qətnaməsindən verdiyi apellyasiya və kassasiya şikayətləri əvvəl Apellyasiya Məhkəməsi, sonra isə Ali Məhkəmə rədd edib.
Milli məhkəmələrin Şikayətçinin işi ilə bağlı qəbul etdiyi qərarlar Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə araşdırması hüququ, təqsirsizlik prezumpsiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə təminat verilən mülkiyyət hüququnun pozuntusundan 08 may 2007-ci ildə Avropa Məhkəməsinə şikayət göndərib.
Rövşən Nəsirlinin işi
Rövşən Nəsirlinin (bundan sonra – Şikayətçi) 2010-cu ilin yayında dinc toplantıda polislər tərəfindən tutularaq zorakılığa məruz qalması ilə bağlı şikayəti BMT-nin İnsan Hüquqları Komitəsinə göndərilib. Bu barədə onun hüquqlarını müdafiə edən İntiqam Əliyev məlumat verib.
R.Nəsirli 19 iyun 2010-cu ildə Azadlıq Bloku tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçiriləcək mitinqdə iştirak etmək mitinqin keçiriləcəyi yerə gedib. Orada ona mitinqin Sabir bağında keçiriləcəyini bildirilib. Sabir bağına gələn Şikayətçi orada Çevik Polis Alayı (ÇPA) da daxil olmaqla 100-ə qədər polis əməkdaşlarının olduğunu görüb və orada dayanmayıb Azərbaycan kinoteatrının qarşısına gəlib. Burada o, 10-15 nəfər digər şəxslərlə birlikdə “İstefa”, “Azadlıq” kimi şüarlar səsləndirib dağılışıblar.
Yenidən Nizami Kinoteatrının qarşısına gələn Şikayətçi burada Demokrat Partiyasının Gənclər Təşkilatının sədri Cəmil Hacıyev və onun dostu ilə söhbət edərkən bir neçə polis əməkdaşı onlara yaxınlaşıb və heç bir söz demədən onları tutub polis maşınına mindirib Səbail Rayon 8-ci Polis Bölməsinə gətiriblər.
İzahatları alındıqdan sonra Şikayətçi və digər şəxslər məhkəməyə aparılmaq üçün avtobusa mindiriliblər. Bu zaman Şikayətçi jurnalistlərə əl edib və qələbə işarəsi göstərib. Bunu görən Bakı Şəhər Baş Polis İdarəsinin Rəis Müavini Yaşar Əliyev “Toya gəlmisən?” deyərək onu söyüb və sillə vurub və daha sonra avtobusda kapitan rütbəsi olan daha nəfər şəxsin iştirakı ilə onu döyüb.
Bundan sonra yenidən Səbail Rayon 8-ci Polis Bölməsinə gətirilən Şikayətçi burada aralarında Yaşar Əliyev, Kamil Vəlişov, Y.Əliyevin köməkçisi və “Məhi” adlı sürücüsü və 8-ci Polis Bölməsinin rəisi olan polislər tərəfindən döyülüb. Həmin gün məhkəməyə gətirən Şikayətçini Səbail Rayon Məhkəməsinin hakimi Araz Hüseynov R.Nəsirlini İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilib və 15 gün müddətində inzibati qaydada həbs edilməsi barədə qərar qəbul edib. Bakı Apellyasiya Məhkəməsi 01 iyul 2010-cu il tarixli qərarı ilə Şikayətçi barəsində seçilmiş inzibati həbs müddətini 15 gündən 11 günə endirib.
R.Nəsirlinin Səbail Rayon 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulmasının qanunsuz hesab edilməsi və bölmədə polislər tərəfindən döyülməsinin pis rəftarla və qanunsuz həbslə bağlı mülki və cinayət icraatı qaydasında verdiyi şikayətləri prokurorluq və məhkəmə orqanları rədd ediblər.
Şikayətin nəyə görə Avropa Məhkəməsinə yox, BMT-nin İnsan Hüquqları Komitəsinə göndərilməsi barədə suala cavabında hüquqşünas bildirib ki, müdafiə etdiyi şəxslə müzakirələrdən sonra belə qərara gəliblər ki, BMT-də şikayətlərə baxılması proseduru daha sürətlə baş verdiyi üçün ikinciyə üstünlük veriblər. “Təəssüf ki, biz bu sistemin imkanlarından demək olar ki, yararlanmırıq. Haqqı pozulan insanlar əsasən Avropa Məhkəməsinə üz tuturlar. Avropa Məhkəməsinin BMT-nin fərdi şikayətlərə baxan qurumlarından bir neçə anlamda üstünlükləri var. Amma bu qurum şikayətlərlə həddən artıq yükləndiyi üçün işlərə həddən artıq uzun müddətə baxır. BMT-də prosedurlar daha sürətlə gedir. Həm də burada Strasburq Məhkəməsində olduğu kimi müddətlərlə (6 aylıq) bağlı sərt qaydalar yoxdur. R.Nəsirli ilə məsləhətləşdikdən sonra seçimi BMT-nin İnsan Hüquqları Komitəsinin xeyrinə etdik. Azərbaycan hakimiyyətinin öz azadlıqlarını reallaşdırmaq istəyən insanları polisinin və məhkəməsinin əli ilə cəzalandırması, polis zorakılığı, prokuror qərəzliyi və məhkəmə özbaşınalığı faktlarının BMT-nin kvaziməhkəmə qurumlarında qiymətini alması da çox vacibdir.”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 23 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda BOKT qızıllarını satışa çıxarır - DETALLAR
Bu gün, 00:02 |
|
|
|
• Qriqoryanın açıqlamasında yenilik yoxdur - RƏY
Dünən, 23:34 |
|
|
|
• Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış - "Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi..."
Dünən, 23:28 |
|
|
|
• İrəvan Bakının bu tələbindən niyə yayınır? – Mühüm məqam
Dünən, 23:26 |
|
|
|
• Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" - NƏ BAŞ VERİR?
Dünən, 19:46 |
|
|
|
• Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Dünən, 19:02 |
|
|
|
• Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Dünən, 19:00 |
|
|
|
• Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Dünən, 18:58 |
|
|
|
• 20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Dünən, 18:56 |
|
|
|
• Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Dünən, 18:03 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Dünən, 18:01 |
|
|
|
• Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Dünən, 18:00 |
|
|
|
• Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Dünən, 17:58 |
|
|
|
• "Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Dünən, 17:48 |
|
|
|
• Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Dünən, 17:40 |
|
|
|
• Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Dünən, 17:37 |
|
|
|
• Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Dünən, 17:27 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Dünən, 17:23 |
|
|
|
• Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Dünən, 17:14 |
|
|
|
• ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Dünən, 17:10 |
|
|
|
• Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Dünən, 17:03 |
|
|
|
• Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Dünən, 16:57 |
|
|
|
• Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Dünən, 16:53 |
|
|
|
• Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Dünən, 16:50 |
|
|
|
• Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Dünən, 16:48 |
|
|
|
• İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Dünən, 16:46 |
|
|
|
• Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Dünən, 16:42 |
|
|
|
• Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Dünən, 16:41 |
|
|
|
• Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Dünən, 16:34 |
|
|
|
• "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Dünən, 16:32 |
|
|
|
• Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Dünən, 16:30 |
|
|
|
• “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Dünən, 16:28 |
|
|
|
• Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Dünən, 16:23 |
|
|
|
• Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Dünən, 16:21 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Dünən, 16:19 |
|
|
|
• Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Dünən, 16:17 |
|
|
|
• “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Dünən, 16:13 |
|
|
|
• “Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Dünən, 16:12 |
|
|
|
• Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Dünən, 16:09 |
|
|
|
• “İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Dünən, 16:08 |
|
|
|
• “Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Dünən, 15:36 |
|
|
|
• Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Dünən, 15:34 |
|
|
|
• Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Dünən, 15:33 |
|
|
|
• Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Dünən, 15:29 |
|
|
|
• Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Dünən, 15:26 |
|
|
|
• Ərdoğan və Makron arasında telefon danışığı olub
Dünən, 15:25 |
|
|
|
• Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Dünən, 15:24 |
|
|
|
|