Əsas Səhifə > Hadisə, Manşet > “Azəriqaz”da sanki BİR CƏZASIZLIQ VAR...
“Azəriqaz”da sanki BİR CƏZASIZLIQ VAR...11-05-2024, 11:51 |
" "Azəriqaz" İstehsalat Birliyi qanynsuz yollarla əhaliyə pul məbləği yazır. Bu birlikdə şəxslə- aralarında yaranmış mübahisəni normal yolla məhkəmə yolu olmadan həll etməyi bacaran vəzifəli şəxs də yoxdur". diaaz.space bildirir ki, bunu öz etirazında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) hüquqşünası Azər Quliyev bildirib. Qeyd edək ki, az əvvəl də anoloji problemlə bağlı məlumat paylaşmışdıq.. YAZISI BURADA: “Azəriqaz”da vətəndaşı QAZLAMA SİYASƏTİ DAVAM EDİR... Azər Quliyev problemlə bağlı daha sonra bunları söyləyib: ""Azəriqaz" rəhbərliyi işləri çətinə düşəndə, suala cavab verə bilməyəndə yenə də bu sözləri deyirlər. Narazısınız, gedin məhkəməyə müraciət edin. Ancaq nəzərə alın ki, məhkəməyə vermək xərc, əzab əziyyət, əsəb, stress, vaxt itkisi tələb edir. qalıb gəlsən belə . Ən pisi də odur ki, məhkəmə iddia ərizəsini təmin edir, bu yaxşıdı, ancaq vətəndaşın hüququnu pozan Azəriqazın vəzifəli şəxslərini maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb ermir. Bir neçə il əvvəlmən öz şəxsi işimlə bu barədə məhkəməyə müraciət etdim, həm də digər şəxsləri müdafiə etdim. İddialar təmin olundu , lakin bu qurumun heç bir vəzifəli şəxsi məsuliyyətə cəlb olunmadı". diaaz.space olaraq qeyd edirik ki, hər halda, bu məsələ "Azəriqaz"ın yeni rəhbərliyi tərəfindən ciddiyə alınmalıdır... Məsələ diqqətimizdədir. Geri qayıt |