Əsas Səhifə > Hadisə, Manşet > Naxçıvanda rəhbərlər poz verir... əkinçi isə DAD DEYİR...
Naxçıvanda rəhbərlər poz verir... əkinçi isə DAD DEYİR...25-04-2024, 09:41 |
Bu ilin aprel ayının 20-də Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı naziri əvəzi Xəyalı Dadaşova Sədərək rayonunun Dəmirçi kənd sakini Kamil Şükürovun təsərrüfatını genişləndirmək məqsədilə onun üzüm bağında ting basdırıb. Deyəcəksiniz ki, burda nə var ki? Hər halda, bir iş var ki. bu olay sosial şəbəkələrdə geniş müzakirə olunub və nazir əvəzinin bu addımı haqlı olaraq naxçıvanlı fermerlər tərəfindən saxtakarlıq kimi qiymətləndirilib. diaaz.space bildirir ki, Xəyalə Dadaşovanın məlum TƏBLİĞAT ŞOUsuna reaksiya verənlərdən biri də əslən Naxçıvandan olan, tanınmış jurnalist Heydər Oğuz olub. Jurnalist yazır: " “Canişin” əfəndinin Kənd təsərrüfatı naziri əvəzi Xəyalə xanım Naxçıvan MR-in aqrar inkişafı naminə qollarını çırmalayıb rəncbərliyə başlayıb. Məlumata görə, o, Sədərək rayonunun Dəmirçi kənd sakini Kamil Şükürovun təsərrüfatını genişləndirmək məqsədilə onun üzüm bağında ting basdırıb. Türklər demişkən, pəkalə. Halal olsun Xəyalə xanım timsalında bütün “canişin” camiəsinə. Amma məsələ burasındadır ki, Nehrəm kənd sakini Qüdrət Həsənov da Xəyalə xanımdan və “canişin” əfəndidən eyni iltifatı gözləyir. Əcəba, Xəyalə xanım Nehrəm kəndinə də gedib Qüdrət bəyin taxıl zəmisini suvaracaqmı? Suvarmayacaqsa, qorxuram, “canişin” hakimiyyətinin bu rəncbərlik təşəbbüsü yanlış anlaşıla və bəzi ağzıgöyçəklər “rusların sözü olmasın, “risovkalığa” ehtiyac yoxdur”, - deyə düşünələr". diaaz.space xatırladır ki, elə iki gün əvvəl Nehrəm kənd sakini Qüdrət Həsənov əkin sahələrini suvara bilmədiyindən ÜSYAN səsini çıxarmışdı. Həmin video burada: baxmaq üçün BURA TIKLAYIN... Elə buna görə də, Xəyalə Dadaşovanın şou xarakterli addımı səmimi qəbul olunmayıb... Geri qayıt |