Əsas Səhifə > Hadisə, Manşet > Gənc nazir Şəhid ailəsini HƏDƏLƏDİ...

Gənc nazir Şəhid ailəsini HƏDƏLƏDİ...


15-03-2024, 09:53
Gənc nazir Şəhid ailəsini HƏDƏLƏDİ...
Xəbər verdiyimiz kimi dünən, martın 14-də Naxçıvan MR Səhiyyə naziri Samiq Sadıxov 1992-ci ildə Sədərək uğrunda gedən döyüşlərdə şəhid olmuş Bahadur Abbasovun qızı İncini qəbul edib, şikayətini dinləyəcəkdi. Görüş dünən baş tutub. Amma təəssüf ki, nazir əfəndi onu əliboş yola salıb. Üstəlik, iradını da bildirib. Deyib ki, “niyə mənim adımı media orqanlarında hallandırırsan. Guya, bununla mənə nəsə edəcəyini düşünürsən? Sən şikayət etdin də, mənə nə oldu? Mən heç kimdən çəkinmirəm və məni kimsə bu kreslomdan tərpədə bilməz”. diaaz.space bildirir ki, bununla bağlı tanınmış jurnalist Heydər Oğuz paylaşım edib.
Jurnalist daha sonra əlavə edib: "Haqsızmı? Əlbəttə, deyil. Adam əmisi “Dizayn” İlqarın zamanında Naxçıvanın korrupsiyada ən çox adı hallanan Tibbi sığortanın rəhbəri idi. Hətta oradakı fəaliyyətinə görə Naxçıvanın tibbi sığortası tamamilə qurumuşdu və xəstələrin bu imtiyazdan istifadə etməsi tamamilə dayandırılmışdı. Bütün bunlara rəğmən nə oldu? “Canişin” həzrətləri tərəfindən adam nəinki cəzalandırılmadı, hətta gətirilib Səhiyyə naziri qoyuldu. Və onu “canişin” əfəndiyə “təbərrük və əvəzedilməz kadr” kimi kim təqdim edib, bilirsinizmi? Bilmirsinizsə, mən deyim: Rusiyanın Azərbaycandakı “5-ci kolon”unun ən ünlü siması kimi Prezident Aparatından qovulan Əli Həsənovun qardaşı oğlu Anar Həsənov. Hansı ki, rəsmi vəzifəsi Azərbaycan DGK-nın mühüm bir idarəsinin məsul işçisi olmasına baxmayaraq, faktiki vəzifəsi 3 aydan bir “canişin” əfəndi üçün Prezidentə məruzə yazmaqdır və bu məqsədlə də ona Ali Məclisin binasında belə xüsusi kabinet ayrıldığına dair əlimdə mötəbər məlumatlar var. Bir sözlə, Naxçıvanı “canişin” qədər idarə edən bir adamın adamı olan nazir kimdən çəkinməlidir - “canişin”dən? Əlbəttə, yox. Cinin canı şüşədə olan kimi, “canişin”in də canı “5 kolon”un əlindədir. Heç nə demirəm. Anar müəllim 3 ay qeyri-rəsmi vəzifəsindən qeyri-rəsmi məzuniyyətə çıxsa, “canişin” əfəndi Prezidentə məruzə əvəzinə nə göndərəcək - “Məlikməmməd nağılı”. Hərçənd ki, indi göndərdiklərinin də “Məlikməmməd nağılı”ndan fərqli bir şey olmadığına inanıram.
Bu baxımdan Samiq Sadıxovu qınamalı deyilik. Adam niyə və kimdən çəkinməlidir ki? Onun və üzvü olduğu komanda üçün ən yaxşı kadrlar, təbii ki, tibbi savadları olmayan və Bakıda işlədikləri qısa müddət ərzində ən müxtəlif idarələrdən “yarıtmaz fəaliyyətinə” görə işdən qovulanlar ola bilər. Üstəlik, Bahadur Abbasov şəhid olanda 5 yaşında olan nazir əfəndi nə bilir 1992-ci ildə şəhidlərimizin fədakarlığı sayəsində nələr qazanmışıq? Onun və özü kimi işçilərinin şəhid övladlarına kobud davranışları, Türklər demişkən, qayət normaldır. Və şəxsən mən bütün bunların günahını onda yox, ona himayədarlıq edənlərdə görürəm. Özünü və ailəsini dolandırmaq üçün kiçik bir iş istəyən şəhid balası niyə “burda mənəm, Bağdadda kor xəlifə” məntiqi ilə at oynadanların yanına göndərilməlidir ki, bu cür sayğısız münasibətlə qarşılansınlar? O boyda Naxçıvanda şəhid övladına veriləcək başqa bir iş yoxmu?"

Geri qayıt