Əsas Səhifə > Hadisə, Manşet > "Emin Qurbanov tərəfindən şirkətə pul köçürülmədiyi üçün..."

"Emin Qurbanov tərəfindən şirkətə pul köçürülmədiyi üçün..."


8-03-2024, 09:55
"Emin Qurbanov tərəfindən şirkətə pul köçürülmədiyi üçün..."
Kəlbəcərdən olan keçmiş məcburi köçkün Pərviz Rəşid oğlu Əsgərov Prezidentdən kömək istəyir.

diaaz.space-nun xəbərinə görə, Prezident İlham Əliyevə müraciət edən Pərviz Əsgərov iddia edır ki, 2016-cı ildə Mingəçevir şəhərində Su elektrik stansiyasında “YAPSAN” şirkətindən iş götürüb. 2 il öz briqadası ilə həmin şirkətdə tikinti işində çalışıblar. “YAPSAN” şirkətinin rəhbəri Rəşad Şirinov 2018-cı ilə kimi onlara çatacaq məvacibi vaxtı-vaxtında ödəyib.

2018-ci ildən sonra Rəşad Şirinov bildirib ki, Emin Qurbanov tərəfindən şirkətə pul köçürülmədiyi üçün o da onlara çatacaq məvacibi ödəyə bilmir. Bu barədə Emin Qurbanova edilən müraciətlər nəticəsiz qalıb:

“Cənab Prezident! Artıq çıxılmaz durumda qalmışam. Tərəfimdən “YAPSAN” şirkətində işə cəlb edilən adamlar məni təhdid edir, haqlı olaraq maaşlarını istəyirlər. Hazırda 86.000 manat əməkhaqqı və 117.000 manat isə tikinti materialına ödəniş borcum var. Vətəndaş olaraq ümidim Sizədir. Məvacibin ödənilməsi üçün lazımi göstəriş verməyinizi Sizdən xahiş edirəm!”, deyə o müraciətində bildirir.

Geri qayıt