Əsas Səhifə > Hadisə, Manşet > İsa Həbibbəylinin ayağındakı MİLYARDLAR...
İsa Həbibbəylinin ayağındakı MİLYARDLAR...4-01-2024, 10:16 |
"AMEA-nın Naxçıvan "bürosu" həqiqətənmi 8.7 milyard manatı həzmi-rabedən keçirib". Bu iddia ilə tanınmış jurnlist Heydər Oğuz çıxış edib. "Mövzunun aktuallığını nəzərə alıb bu mövzunu araşdıracağıq. Arzu edirəm ki, bu araşdırmadan İsa Həbibbəyli və İsmayıl Hacıyev “salamat” çıxsın" - deyə uyarıda bulunan jurnalist daha sonra yazır: "AMEA-nın Naxçıvan bölməsinin bir əməkdaşı mənə bir məktub göndərib. Məktubda iddia olunur ki, 2003-cü ildə mərhum Heydər Əliyevin xəstələnib Klivlenddəki xəstəxanaya yatırıldığı zaman vəziyyətdən istifadə edən bəzi şəxslər Naxçıvandakı Respublika Doğum evi, İnfeksiya xəstəxanası və Elm Mərkəzi binasının inşasına ayrılmış 8 milyard 642 milyon manat pulu (yəqin ki, köhnə məzənnə ilə - H.O.) mənimsəyiblər. O zaman Naxçıvan “akademiyasının” ərsəyə gətirilməsində önəmli rol oynayan bir alimə bu vəsaitin mənimsənilməsinə razılıq verməsi, bunun müqabilində isə ona bölmənin rəhbəri vəzifəsi təklif olunub. İddiaya görə, həmin şəxs bu təklifi qəbul etməyib və nəticədə öz elmi karyerasının üstündən xətt çəkib (Adamı 4 il boyunca ümumiyyətlə akademiyanın qapısından içəriyə buraxmayıblar). Onun qəbul etmədiyi bu təklifə İsmayıl Hacıyev və İsa Həbibbəyli bəh-bəhlə imza atıb. Nəticədə biri hazırda AMEA-ya prezidentlik edir, digəri isə AMEA-nın Naxçıvan bürosunun "şef”idir. Bir sözlə, "Əlbir olub bir ayı bir şir ilə, Ovladılar dovşanı tədbir ilə". Məktub müəllifi iddia edir ki, həmin layihələrdə alınan tikinti materialları dəhşətli dərəcədə şişirdildiyindən bu astronomik rəqəm ortaya çıxıb: “Məsələn, o vaxt bir kisəsi 80 qəpiyə olan İran sementi 5 manata göstərilmişdir”". diaaz.space Geri qayıt |