Əsas Səhifə > Hadisə, Manşet > "Biz niyə hər ay 2-3 cüt əlcəyə pul verməliyik?"

"Biz niyə hər ay 2-3 cüt əlcəyə pul verməliyik?"


15-07-2023, 09:27
"Biz niyə hər ay 2-3 cüt əlcəyə pul verməliyik?"
DİA.AZ: - "Keçən aylarda işçilərə zərərli işə görə südün verilməməsi, gecikdirilməsi ilə əlaqədar paylaşımlar olmuşdu və çox sağ olun siz və cox sag olsun Neft Daşlarının rəhbərliyi ki, bu məsələ həllini tapmişdir. Hazirda isə həll olunmamiş məsələ işçilərə verilməli olan və işəgötürənin öhtəsinə düsən - işciləri fərdi muhafizə vasitəsi ilə təmin etməsi - yəni ki, iş əlcəklərinin verilməməsidir". DİA.AZ bildirir ki, bu sözlər Neft Daşlarında çalışan fəhlələrdən birinə aiddir.

Üzləşdikləri problemdən bəhz edən neftçi yazır: "Çox maraqlıdır ki, TQB-nin (təmir quraşdirma bölumu) işcilərinə əlcək verilir, amma Neft Daşlarinin özünə verilmir. Bu necə ola bilər? Ozu də bu muraciəti oxuyan idarənin məsul şəxslərindən də xahiş edirik bunu ozlərinə qarşi mərdiməzarliq, işverənlik kimi qəbul etməsinlər, qardaş biz sizə azzar demirik, dərd demirik, fəhləyə verilməli olan əlcəkdir sizdən onu istəyirik. Biz niyə hər ay 2-3 cüt əlcəyə pul verib alib gətirməliyik? Niyə də bax niyə? Sizə də dəfələrlə deyilib, gücünuz catmir. İndi də biz Mirvari xanima muraciət edirik ki bizə komək eləsin.

Özu də ki, Mirvari xanim, bu paylaşim gedərsə, xahiş edirik Neft Daşlarinin rəhbərliyinin numayəndələridən, mədən və sahə rəislərindən çixsinlar oz profillərindən bu paylaşimin şərh bolməsində bir rəy bildirsinlər. Çixsinlar yazsinlar ki bu məlumat yalandir, əlcəklər verilir. Amma KİŞİ KİMİ çixib olan şeyi yazsinlar. Yox əgər yazmayacaqlarsa, susacaqlarsa deməli fakt oz yerində qalir.

Hələlik bu qədər".

DİA.AZ bildirir ki, bu işçi gileyinə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq-müdafiəçisi Mirvari Qəhrəmanlı reaksiya verib. M.Qəhrəmanlı ilk əvvəl "Azneft" rəhbərliyinə xitab edərək şikayətin araşdırılmasını tələb edib, şikayətçinin şəxsinin yox:

"Bir şeyi də qeyd etmək istəyirik ki, "bu şikayəti kim yazib", "hansi mədəndən və ya sahədən yazıblar" kimi suallarla axtarışa çıxmaq lazim deyil, siz gedin axtarın, görün bu əlcəklər harada ilişib qalir ki təyinatı üzrə gəlib ünvanına çıxmır. Düz söz danışanı boğmaq lazım deyil, əgər artistcəsinə yox, həqiqətən Allaha inanırsızsa demək ki haram tikə yeməməlisiz və haqqına deyilən sozlə barışmalısız.

Məcbur etməyin ki, iş yerində kiminsə əli iş zamanı xəsarət alsın və nəticədə prokurorun qarşısında and-aman edib ağlamsına-ağlamsına deməyəsiniz ki: "cənab prokuror, Allah haqqı biz işçiyə əlcək vermişik amma o özu geyinməyib".

Hələ kiminsə başı qoltuq altı gorməyibsə, məlumu olsun ki, prokurorun vecinə deyil e sən kimin adamısan və yaxud "Azneft"də bibin, xalan işləyir. Elə maddələr qoyur qabağina gozlərin bərələ qalır ki ay daa, sən demə belə şeylər var imiş... amma mənim xəbərim yox...."

Məsələ diqqətimizdədir, iddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı şəxsləri dinləməyə hazırıq...

Geri qayıt