Əsas Səhifə > Hadisə, Manşet > Vilayət müəllimin ƏYALƏT TƏFƏKKÜRÜ...

Vilayət müəllimin ƏYALƏT TƏFƏKKÜRÜ...


6-07-2023, 09:26
Vilayət müəllimin ƏYALƏT TƏFƏKKÜRÜ...
DİA.AZ: - "Azərbaycan Texniki Universitetinin (AzTU) təcrübəli müəllimlərindən bir qrupu yenə də yalnız universitetimizdə deyil, həm də ölkəmizin aşağıdan yuxarıyadək bütün təhsil sistemində yaranmış vəziyyətlə və bu vəziyyətin nəticələri olan faktlarla Respublika ictimaiyyətinə, əlaqədar rəsmi dövlət təşkilatlarına və vəzifəli şəxslərə müraciət etmək məcburiyyətindədir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalənin ƏVVƏLİ BURADA: Təhsil sistemində TEXNİKİ PROBLEM... - BU NƏDİ BELƏ?

Məqalənin davamında deyilir: "İki il əvvəl Vilayət Vəliyev qərar verdi ki, humanitar fənlərdən məşğələ-seminar dərsləri adətən olduğu kimi ayrı-ayrı qruplarda yox, qrup birləşmələri (yəni, potok) halında keçilsin. Məlumdur ki, məşğələ-seminar dərslərində müəllimlər məktəbdə olduğu kimi tələbələrdən dərs sorğusu aparırlar. Dərs soruşmaq üçün isə hətta bir ayrıca qrupda vaxt çatmır, o ki, bir neçə qrupun birləşməsi ola.
Nazirlər kabinetinin müvafiq təlimatına əsasən müəllimlərin illik tədris yükündə auditoriya dərslərinin miqdarı 60%-dən az olmamalıdır. AzTU-da isə rektorun göstərişinə əsasən auditoriyadankənar dərs yükü ümumiyyətlə müəllimlərin tədris planına salınmır və bu onlara dərs yükü hesab edilmir. Beləliklə, müəllimlərin tədris yükünün demək olar ki, hamısı auditoriya dərslərindən ibarətdir və bu, 100%-ə çatır. Buna görə də müəllimlərin real dərs yükü elə həddə çatıb ki, onlar bütün günü bir auditoriyadan çıxıb, o birinə qaçırlar, bəzən bir müəllimin bir gündə 5 qoşa saat dərsi olur. Bir çox hallarda dərslərinin bir hissəsi gündüz, bir hissəsi isə axşam (magistratura dərsləri axşamlar keçilir) olur və müəllimlər bütün günü universitetdə oturmalı olurlar. Halbuki, müəllim hələ elmlə də məşğul olmalıdır. Əvvəllər adətən bakalavriatura səviyyəsində yuxarı kurslarda keçilən ixtisas fənlərindən mühazirə dərslərini hər qrup ayrılıqda keçirdi. V.Vəliyev rektor gələndən sonra qərar verdi ki, ixtisas fənlərindən mühazirə dərsləri cəmi 50 nəfərə qədər tələbə olan qrup bilrləşmələrində (yəni potoklarda) keçilsin. İndi isə qərar verib ki, növbəti dərs ilindən potoklarda tələbələrin sayı 100-ə çatdırılsın, yəni 4 qrup birlikdə. Təki daha az müəllimin xidmətindən istifadə edilsin, müəllimlər ixtisar edilsin və vəsaitə qənaət edilsin – yenə də tədrisdən kəsmək!
V.Vəliyev tədrisə qarşı o qədər dözümsüzdür ki, hətta auditoriyalardakı partalara və tədris auditoriyalarına qarşı “mübarizə aparır”. Məlumdur ki, 2016-2017-ci illərdə AzTU-da böyük əsaslı təmir aparıldı və buna milyonlarla manat xərcləndi. Bütün binalar, otaqlar, hətta zirzəmilər də təmir edildi. Çoxlu yeni mebel, avadanlıq, laboratoriya qurğuları alındı. V.Vəliyev 2019-cu ildə rektor təyin edilən gündən isə tədris otaqlarına qarşı amansız “mübarizəyə” başladı. Bəklə də onun kafedra və fakültələri birləşdirməkdən məqsədi sıxlaşdırma aparmaq və öz məqsədləri üçün yer boşaltmaq idi. Onlarla tədris otaqları, auditoriyalar, laboratoriyalar ləğv edildi, avadanlıqlar sıxlaşdırılaraq, üst-üstə yığıldı. Təp-təzə yüzlərlə partalar otaqlardan boşaldılaraq, zirzəmilərə, birinci mərtəbə koridorlarına üst-üstə yığıldı. Yarım il əvvəl isə həmin yüzlərlə parta yük maşınlarına doldurularaq, hara isə aparıldı, ya satıldı, ya da gizlədildi ki, gözdən uzaq olsun. Dedilər ki, yataqxanalara aparırlar. Amma yataqxanalarda məcburi köçkünlər yaşayırlar və orada bu qədər boş yer də yoxdur.
Beləliklə, V.Vəliyev tədricən universitetdə çoxlu yer boşaltmağa başladı. AzTU ərazisinin ortalığında (həyətin ortasında) heç 10 il deyil ki, tikilmiş tamamilə yeni, 6 mərtəbəli nəhəng tədris binası (6-ci, 7-ci korpus adlanan bina) yenidən əsaslı “təmir edildi”. Təmir binanın zirzəmisindən başladı. Burada böyük bir anbar var idi, anbar boşaldıldı, ara divarlar söküldü, indi bina yalnız beton dirəklərdən ibarət ayaqlar üzərində dayanıb. Həmin binanın 1-ci mərtəbəsində V.Vəliyevin rektor gəldikdən sonra, 2 il əvvəl özünün təmir etdirdiyi böyük bir yeməkxana, onlarla iş otaqları, 250 kompyuterin yerləşdiyi test imtahanlarının keçirildiyi zal, kabinetlər yerləşirdi. İndi onlar da hamısı sökülüb, 1-ci mərtəbədə binanın bu başından baxanda, o biri başına qədər açıq görünür. Ara divarlar, hətta arxa tərəfdən binanın divarlarının çox hissəsi sökülüb, bina yalnız dirəklər üzərində dayanır. Yüzlərlə metr tamamilə yeni su boruları, kanalizasiya, istilik təchizatı boruları, pəncərə çərçivələri, şüşə panellər və s. sökülüb, harayasa daşınıb, aparılıb. Binanın bir hissəsi isə lap 3-cü mərtəbəyə qədər sökülüb".

DAVAMI VAR...

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt