Əsas Səhifə > Hadisə, Manşet > `Kontakt Home`un xalqla KONTAKTI ALINMIR Kİ ALINMIR...
`Kontakt Home`un xalqla KONTAKTI ALINMIR Kİ ALINMIR...5-04-2023, 08:35 |
DİA.AZ: - ""Kontakt Home"dan 2022-ci ildə 13 iyulda telefon kreditə götürmüşdüm... il yarıma..." DİA.AZ bildirir ki, bu barədə "Şikayətim Var" sosial qrupundakı paylaşımında Rəfayil Eminov adlı istifadəçi giley edir. Daha sonra narazı vətəndaş yazır: "22 sentyabr 2022-ci ildə vaxtından əvvəl borcumu tam qaytarıb bağıadım. Sənəd də verdi ki sistemdən silinib. Bu ilin fevralından övladımı əməliyyat etdirmək üçün bankdan kredit götürmək istəyirəm, amma bank vermir ki "Kontakt Home"a borcun var, vermirsən.... Dəfələrlə zəng edərək şikayətlər və məlumatlar şöbələrinə, qaynar xətlərinə də müraciət etsəm də, onu "mkr"dan siımirlər. Elə "aidiyyatı üzrə yönəltdik" deyirlər. Mənə isə pul krediti götürmək həyati vacibdir. Bu problemə görə ilişib qalmışam. Zatən 9 ay əvvəl götürdüyüm kredit qalsa idi, çoxdan məni məhkəməyə verib icra və probasiya məmurlarının caynağına verərdilər.. Haqqım tapdanır və həyati məsələmi həll edə bilmirəm... bunların hansısa maraqlarına görə!" İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |