"Kimin vergidən yayına bilib-bilməməsini özləri həll edirlər" - ETİRAZ VAR...
Tarix: 10-05-2024, 11:06 |
Çap et
"Vergi Xidmətindən daha çox “Roma papası” olmuşam". diaaz.space xəbər verir ki, bunu öz gileyində tanınmış hüquqşünas Əkrəm Həsənov qeyd edib.
Ə.Həsənov vergi xidmətindəki qeyri-şəffaflıqdan şikayətçi düşüb və bildirir: "Vəkil fəaliyyətimdə qarşılaşdığım İki halla bağlı Xidmətə müraciət etmişəm ki, filankəslər böyük ehtimalla vergidən yayınır, amma üstündən 2 ay ötsə də nədənsə vergi işçiləri məsələləri araşdırmağa tələsmir. Məni qəbul etmirlər, formal məktublar yazırlar. Deməli, birinci halda avtodayanacağı işlədən şəxs ödənişləri qeyri-rəsmi qəbul edir.
İkinci halda isə çoxmərtəbəli binanı eyni şəxsə mənsub olan iki hüquqi şəxs idarə edir, halbuki qanuna görə binanın bir idarəçisi ola bilər (yəqin ki, ƏDV-dən yayınmaq üçün işi bölüblər).
Belə çıxır ki, Vergi Xidməti elə əvvəlki dövrlərdə olduğu kimi yenə də hamıya bir gözlə baxmır, kimin vergidən yayına bilib-bilməməsini özü həll edir...