Xarab məhsul satırlar... hələ müştərini də incidirlər... - GİLEY
Tarix: 2-05-2024, 11:04 |
Çap et
Bizdə hələ də istər xidmət sektorunda olsun, istər ticarət sektorunda olsun... "müştəri məmnuniyyəti", müştəri hüquqları" kimi anlayışlar ya yoxdur, varsa da nəzərə alınmır. Maləsəf istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olan dövlət qurumlarının da yetərsiz müdaxilələri və yaxud da adətən monopolist bizens qurumlarını müdafiə etməsi faktı toxunduğumuz problemi hər zaman aktual saxlamaqdadır.
diaaz.space olaraq təqdim edəcəyimiz giley xarakterli müraciət də bu qəbildəndir.
Kəmalə Əzizova adlı istifadəçi "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında yazır:
" "Soliton" mağazasından (metronun "Xalqlar Dostluğu" stansiyası yaxınlığı) aldığım ət maşını problemli olduğu halda geri qaytarılmır.
1 aydır mağazaya getməkdən, 180-ə zəng etməkdən yorulmuşam. Mənə köməklik edin".