DİA.AZ: - Ali təhsil sevdası məsələsi bu gn aktual olduğundan bu istiqamətdə dələduzluqla məruz qalanların da sayı günbəgün artmaqdadır. Belə ki, yerli imtahanlarda gərəkən nəticə əldə etməyənlər və ümumiyyətlə, ilk başdan xaricdə oxumaq arzusu olan abituryentlərimiz əksər hallarda dələduz şəbəkələrinin əlinə düşür. Elə biz də DİA.AZ olaraq bu qəbildən növbəti vətəndaş gileyini təqdim edirik...
"Kanada Azərbaycan Birliyi - KAB" sosial qrupundakı paylaşımında narazılığını ifadə edən Araz İsmayılov adlı istifadəçi də barəsində danışdığımız qurbanlardan biridir.
O, Kanadada təhsil təşkilatçılarından biri kimi tanınan şirkətə qarşı ittiham səsləndirir.
Araz İsmayılov bildirir: "Dələduz şirkət- IB ACADEMY 1000 dollarımi mənimsədi. Şirkət rəhbəri zəng eliyib söyüş söydü.
ƏLAVƏ OLARAQ şirkət vergidən yayınır.
Saxta qəbz təqdim edir... hansı ki qanuna uyğun deyil. Yəni rəsmi kassa orderi deyil.
Diqqətli olun bu dələduzlara inanmayın..."
İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...