“Həm köməkçisinə, həm də həkimin özünə əlavə pul vermişəm, hələ deyirlər ki, azdır” - Zaqatala səhiyyəsi NİYƏ BATIR?
Tarix: 10-06-2023, 09:37 | Çap et
 Xatırladaq ki, bu günlərdə “Zaqatala Rayon Mərkəzi Xəstəxanasında rüşvət tuğyan edir” başlıqlı məqalə dərc etmişdik. Redaksiyamıza daxil olan məlumatlara görə ötən ilin avqustunda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilmiş Tamara Nurəliyeva oranı bazara çevirib. Belə ki, o, kadrlar şöbəsinin müdiri Gülnarə adlı qadınla əlbir olub xəstəxananı rüşvət ocağına döndəriblər. Mənbəmiz bildirirdi ki, Gülnarə xanım hətta qohumlarından belə rüşvət alıbdır ki, güya onları xəstəxanada işlə təmin edəcəkdir. Bu iki korrupsioner Zaqatalanın Car və Kebeloba kənd sakinlərindən üç nəfəri də bu yolla aldadaraq külli miqdarda pullarını mənimsəmişlər. Məlumatda bildirilirdi ki, xəstəxananın Emin adlı “şillə vuran”ı da var. Eyni zamanda iddia edilirdi ki, Tamara Nurəliyeva rüşvət aldığı otaqlarda video kameranı qoydurmayıb, amma bəzi insanları şantaj etmək üçün digər otaqlara həmin kameraları quraşdırıb. T.Nurəliyeva bəzi çirkli işlərini məhz Emin adlı şəxsin əliylə həyata keçirir. Emin haqqında bəzi xoşagəlməz, etikadan uzaq faktlar da mövcuddur. Bir faktı da nəzərinizə çatdırmaq istəyirik ki, Tamara Nurəliyevanın həyat yoldaşı da bu rüşvət bazarında birbaşa əsas fiqurlardan biridir. Rüşvəti alıb, kimi işə düzəltmək, kimi işdə saxlamaq lazımdır, onun rəyi ilə həyata keçirilir. Qeyd edək ki, bu xəstəxanada anoloji problemlər illərdir ki, var. Deməli rəhbər dəyişikliyinin bir müsbət təsiri olmamışdır. Xatırladaq ki, təxminən iki il bundan əvvəl də KİV-də Zaqatala rayon Mərkəzi Xəstəxanasından narazı olan N.Əliyeva adlı rayon sakininə istinadən məlumatlar getmişdi. Həmin şəxs bacısının Zaqatala rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işlədiyini, bacısının və digər tanışlarının xəstəxanaya pul verərək işə düzəldiklərini iddia edirdi. N.Əliyevanın özü də xəstəxanada problemlə qarşılaşıbmış. Onun iddiasına görə, xəstəxananın şəhər poliklinikasının müdiri Məmmədrəsul Teyyubov pul almadan sənədə möhür vurmurmuş: “Anamın pensiya işi ilə bağlı xəstəxanaya müraciət etmişdik. Həkim M.Teyyubov anamın sənədinə möhür vurmadı. Axırda araya tanışları salandan, 100 manat da pul verəndən sonra baxmağa razılıq verdi”.
Daha bir rayon sakini Qurban Ramazanov da iki il bundan əvvəl xəstəxanadan şikayətçi olubdur. O danışırmış ki, bir neçə gün öncə uşağının qolu sındığı üçün xəstəxanaya aparıb. Lakin gecə növbəsində olan rentgenoloq yerində olmadığından onu evindən gətirmək məcburiyyətində qalıb: ” Uşağın qolu sınıb, ağrıdan dayana bilmir, həkim yoxdur. Axır, gedib həkimi özüm evindən gətirmişəm. Xəstəxana işçiləri də elə davrandı ki, elə bil belə də olmalıdır – xəstə həkimi özü gətirməlidir”. Q. Ramazanovun dediyinə görə, bunlardan sonra hələ həkimə əlavə pul da verib: “Həm köməkçisinə, həm də həkimin özünə əlavə pul vermişəm, hələ deyirlər ki, azdır”. Şikayətçinin sözlərinə görə, həkimlərin savadında problem yoxdur, sadəcə müdiriyyət rüşvətə bulaşıb və onları işləməyə qoymur: “Həkimlər də deyir ki, işə pul verib girmişəm, o pulu yığıb gedəcəm”. Zaqatala rayon Mərkəzi Xəstəxanasından bu qədər şikayətin olması birinci dəfə deyil. İllərdir ki, Kütləvi İnformasiya Vasitələrində (KİV) rayon sakinlərinin xəstəxanadan şikayətləri paylaşılır. Şikayətlər daha çox xəstələrə düzgün diaqnozun qoyulmaması, həkim səhlənkarlığı, rüşvətxorluq və buna bənzər digər məsələlərlə bağlı olur. Sakinlər hər dəfə eyni problemləri səsləndirirlər. Bəs bu problemlər niyə hələ də həll olunmur? Görəsən əlaqədar qurumlar nə zaman lazımi tədbirlər görəcəkdir?! Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq. //Aktualxeber//


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Səidə Niyamı dostluqdan SİLDİ
Bu gün, 11:28 |
|
|
|
• Sabah İstanbula gedə bilərəm - Tramp
Bu gün, 11:26 |
|
|
|
• İran Prezidenti: Azərbaycanla qardaşlıq və bərabərlik istəyirik - İRNA
Bu gün, 11:22 |
|
|
|
• Ceyhun Cəlilov NİYƏ QAPI-QAPI DÜŞÜB AXI... - NƏ BAŞ VERİR?
Bu gün, 11:21 |
|
|
|
• Auditorlar Palatasında bir neçə şəxs qanunsuz olaraq müxtəlif kartlara pul köçürüb - MƏHKƏMƏ
Bu gün, 11:14 |
|
|
|
• Rüstəm Bağırov İnşaat Materialları İnstitutunda nə kmi gizli işlər çevirir - İLGİNC FAKTLAR...
Bu gün, 11:12 |
|
|
|
• Özünü Çindən avtomobil idxal edən şirkətin rəhbəri kimi təqdim edərək vətəndaşlara 300 min manat zərər vuran şəxs həbs olunub
Bu gün, 11:05 |
|
|
|
• “İmişlidəki “SSRİ”, Georgi lenti" kampaniyasının arxasında da Rusiya dayanıb…” - FAKT BUDUR!
Bu gün, 11:02 |
|
|
|
• "Mozalan Studiyası"na yeni direktor təyin edilib - ƏMR
Bu gün, 10:51 |
|
|
|
• "İbrahim sazişləri": Vaşinqton Bakıya nə təklif edir? - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• İran vətəndaşı gömrük postundan siqaretləri necə keçirdi? – MƏHKƏMƏ
Bu gün, 10:44 |
|
|
|
• “Peyk zavodu”nun direktoru dəyişib - ƏMR
Bu gün, 10:43 |
|
|
|
• "Caamatın müraciətinə baxmayaraq, heç bir tədbir görülmür" - vətəndaşdan SOS!!!
Bu gün, 10:41 |
|
|
|
• Ağsaqqal Rusiya kanallarına çox baxırmış, ona görə "qaza gələrək" belə addım atıb - Tural Abbaslı
Bu gün, 10:33 |
|
|
|
• “Bakı Avtonəqliyyatı"” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 10:21 |
|
|
|
• Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub - BUNDAN SONRA...
Bu gün, 10:19 |
|
|
|
• "Avroviziya"da finala keçə bilməyən təmsilçilərimizdən AÇIQLAMA
Bu gün, 10:17 |
|
|
|
• Baş həkim olmaq arzusu ona baha başa gəldi... - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• "1094 saxtakarlıq... dövləti, xalqı aldatmaq..." - AXI NİYƏ?..
Bu gün, 10:09 |
|
|
|
• Ermənistanın TŞ katibi İrana səfər edəcək - “Armenia-Today”
Bu gün, 10:00 |
|
|
|
• İmişlidə rus simvollarını təbliğ edən şəxs YAP-dan REAKSİYA - “O şəxsin əqli vəziyyətinin qiymətləndirilməsinə ehtiyac var”
Bu gün, 09:58 |
|
|
|
• "Səba" külli miqdarda borca düşdü, bütün paylarını satışa çıxardı, rəhbəri dəyişdi
Bu gün, 09:53 |
|
|
|
• Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb
Bu gün, 09:50 |
|
|
|
• Vasif Əmirova daha yüksək vəzifə verildi - SOCAR-da yeni təyinat
Bu gün, 09:47 |
|
|
|
• Ağdam təhsilində biabırçılıq DAVAM EDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:44 |
|
|
|
• Robert Köçəryan Levon Ter-Petrosyana “Mən albanam” deyib... - VİDEO
Bu gün, 09:38 |
|
|
|
• Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR
Bu gün, 09:36 |
|
|
|
• Paşinyan Albaniyada ikitərəfli görüş keçirəcək
Bu gün, 09:30 |
|
|
|
• Polşa Vaşinqtona sərt mesaj göndərib - VİDEO
Bu gün, 09:29 |
|
|
|
• Bakı və Ankara “qara siyahı”da: İrəvanın dostu qəzəbləndi – 800 nəfərlə bağlı QƏRAR
Bu gün, 09:27 |
|
|
|
• TikTok-da tanış olduğu qızı alçaldan gəncin işinə yenidən baxılacaq – Hökm ləğv edildi
Bu gün, 09:22 |
|
|
|
• “Nazirlər bilmirdilər ki, məndən 5-6 il qabaq orada səfirliyimiz olub” - Hidayət Orucovdan SENSASİON AÇIQLAMALAR
Bu gün, 09:19 |
|
|
|
• “Ailə Park”ın direktorunun cinayət işi: zərərçəkmişlər ağır cəza tələb etdi – Yekun qərar verildi
Bu gün, 09:15 |
|
|
|
• Dərs yükü şagirdləri yorur: bu sistemdən imtina etməsək… - ÇAĞIRIŞ
Bu gün, 09:13 |
|
|
|
• “Azər-Avtonəqliyyat”ın rəhbəri dəyişir
Bu gün, 09:11 |
|
|
|
• “Qəçrəş” ASC-nin səhmdarları bir araraya toplaşır
Bu gün, 09:08 |
|
|
|
• Papikyanın SIX SƏFƏR TRAFİKİ... - Sadəcə, seyr edirikmi?
Bu gün, 09:04 |
|
|
|
• "Mən onlardan pulu necə geri ala bilərəm?" - NARAZILIQ VAR...
Bu gün, 09:01 |
|
|
|
• Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43 |
|
|
|
• Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40 |
|
|
|
• "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35 |
|
|
|
• Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34 |
|
|
|
• "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31 |
|
|
|
• Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10 |
|
|
|
• 3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02 |
|
|
|
• Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59 |
|
|
|
• Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55 |
|
|
|
• İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50 |
|
|
|
• ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45 |
|
|
|
• Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42 |
|
|
|
|