“İNSANLARIMIZ HƏKİMƏ GEC MÜRACİƏT EDİRLƏR”
Tarix: 6-04-2012, 16:51 | Çap et
“MÜALİCƏ OLUNMAQ, DAHA AĞRILI BƏLAYA ÇEVRİLİB”
DİA.AZ: - 7 aprel Ümumdünya sağlamlıq gününüdür. Bu günün qeyd edilməsinin əhəmiyyəti və cəmiyyətə müsbət təsirləri ilə bağlı sullarla Ümid partiyası Qadınlar Təşkilatının sədri Könül Quliyevaya müraciət etdik.
- Əlbətdə ki, insanın gücü, xoşbəxtliyi və çalışqanlığı onun birbaşa sağlamlığı ilə bağlıdır. Sağlam insan sağlam ailə, sağlam ailələr isə sağlam cəmiyyət yaradır. Sağlam cəmiyyətlərdə isə həmişə inkişaf olur, vətəndaşlar azad, firavan, xoşbəxt yaşayırlar. Bu gün elm, təhsil, yuksək texnologiya məhz belə cəmiyyətlərin bəşəriyyətə verdiyi nailiyyətlərdir ki, bundan da bütün insanlıq istifadə edə bilir. Bu baxımdan sağlamlıq gününün qeyd edilməsini olduqca əhəmiyyətli hesab edirəm və düşünürəm ki, vətəndaşlarımızın sağlamlığı üçün tədbirlər həyata keçirməliyik. Ölkəmizdə bu istiqamətdə müəyyən işlər həyata keçirilsədə bu kifayət deyil. Vətəndaşlarımızın sağlamlıqla bağlı ciddi problemləri qalmaqdadır. İstər ana və uşaq ölümlərinin sayına görə, istərsə də gənc və orta yaşlı insanlarda daha çox xəstəliklərin artması və bu xəstəliklərdən ölüm hallarının çoxalması müşahıdə olunur. Ümumdünya səhiyyə təşkilatının hesabatına görə Şərqi Avropada hər 1000 uşağa düşən ölüm sayı 6-9 nəfər təşkil edirsə, olkəmizdə bu rəqəm hər 1000 nəfərə 36-nəfərdir. Kubada bu rəqəm sıfırdır.
- Sizcə ölkəmizdə bu rəqəmin kifayət qədər böyük olmasının səbəbi nədir? - Doğrudan da narahatlıq doğuran məsələ budur ki, həm təbii coğrafi iqlim şəraitinə görə, həm sağlam qida mənbəyinə görə, içməli suyun və təbii qidaların tərkibinə görə yer kürəsinin ən yaxşı yerlərindən biri bizim ölkəmizdir. Lakin, insanlarımızın sağlamlığı ilə bağlı problemlər günü-gündən artır. Burada əlbətdə ki, əsas səbəb kimi tibbi və sosial səbəblər üstünlük təşkil edir. Regionlarda yeni-yeni xəstəxanalar tibb mərkəzləri inşa edilsə də, əhalinin bu mərkəzlərə müraciət etmələri çox aşağıdır. Həmçinin sosial vəziyyəti ağır olan vətəndaşlarımızın sayı olduqca yüksəkdir və bu üzdən insanlar yalnız xəstəliklərinin ən ağırlaşdığı vaxt həkimə müraciət edirlər. Unutmaq olmaz ki, xəstəliyə tutulmamağı, xəstələndikdən sonra müalicə alıb sağalmaqdan üstün tutmaq lazımdır. Təəsüf ki, bu gün sosial vəziyyəti ağır olan insanların müalicə alması, xəstəlikdən daha ağrılı bir bəlaya çevrilib. Mən partiyanın regionlarda mövcud olan yerli təşkilatlarından bu məsələlərlə bağlı mütəmadi olaraq məlumatlar əldə edirəm. Dövlət qurumlarınin yerlərdəki fəaliyyəti qənaətbəxş deyil və mövcud vəziyyətin yaxşıya doğru dəyişməsinə nail olunmalıdır.
- Vətəndaşlarımızın sağlıq durumu ilə bağlı nə kimi təkliflərimiz var. - Ümid partiyasının sədri, millət vəkili İqbal Ağazadə mütəmadi olaraq bu məsələlərlə bağlı Milli Məclisdə çıxış edib, dövlət büdcəsinin müzakirəsi zamanı, hökumətin hesabları zamanı məsələ qaldırıb və ictimaiyyətin diqqətini bu istiqamətə yönəldib. Qarabağ döyüşlərində yaralanmış, sağlamlıqlarını itirmiş on minlərlə vətəndaşımız ciddi sağlıq təhlükəsi ilə üz-üzədir. Pensiyası yalnız yemək puluna çatan qocaların, sosial yardımla ancaq övladlarına çörək ala bilən yüz minlərlə insanın, həbsxanalarda ağır xəstəliklərdən əziyyət çəkən və azadlığa çıxdıqdan sonra da müalicə olunmaq imkanları olmayan insanlarımızın sayı kifayət qədərdir. Son 10-15 ildə bir dəfə də olsun həkimə müraciət edə bilməyən gənc qızlarımız, gəlinlərimiz, səngərlərə oğul böyüdüb göndərən əsgər anaların sağlamlığı hər bir vətəndaşımızı narahat edən məsələ olmalıdir. Hökümət qurumları təcili tədbirlər görməli, xəstəliklərin proflaktikası üzrə yerlərdə proqramlar həyata keçirilməli, maarifləndirmə işini təşkil etməlidirlər. Vətəndaşların icbari tibbi sığortası ilə bağlı qanun qəbul olunmalıdır. Həkimlərin əmək haqqı yüksək həddə qldırılmalıdır ki, onlar imkansız xəstənin cibinə göz dikməsinlər. Həm dövlət nəzarəti, həm də ictimai nəzarət mexanizmləri hazırlanmalıdır. QHT-lər tərəfindən vətəndaşlar arasında maarifləndirici layihələri həyata keçirilməlidir. Biz Ümid partiyası olaraq bu məsələlərdə bütün maraqlı tərəflərlə əməkdaşığa hazırıq.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54 |
|
|
|
• Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33 |
|
|
|
• Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24 |
|
|
|
• DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14 |
|
|
|
• İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23 |
|
|
|
• Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35 |
|
|
|
• Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21 |
|
|
|
• "Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06 |
|
|
|
• Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04 |
|
|
|
• Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58 |
|
|
|
• "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55 |
|
|
|
• Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43 |
|
|
|
• Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39 |
|
|
|
• Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31 |
|
|
|
• Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28 |
|
|
|
• TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26 |
|
|
|
• "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18 |
|
|
|
• Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14 |
|
|
|
• Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11 |
|
|
|
• Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07 |
|
|
|
• "Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02 |
|
|
|
• 32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43 |
|
|
|
• Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34 |
|
|
|
• "Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29 |
|
|
|
• Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25 |
|
|
|
• “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22 |
|
|
|
• ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19 |
|
|
|
• "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15 |
|
|
|
• Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12 |
|
|
|
• “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02 |
|
|
|
• Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00 |
|
|
|
• "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58 |
|
|
|
• “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00 |
|
|
|
• "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51 |
|
|
|
• Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48 |
|
|
|
• Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45 |
|
|
|
• Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43 |
|
|
|
• Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23 |
|
|
|
• Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35 |
|
|
|
• "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22 |
|
|
|
• Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17 |
|
|
|
• Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32 |
|
|
|
• Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30 |
|
|
|
|