Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" .....                     Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... .....                     Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR .....                     Texnologiyanın yeni BƏLASI: .....                     20 min manatlıq yerli avtomobili kim alır? .....                     Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir .....                     Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb .....                     Alternativ hərbi xidmət: .....                     Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir .....                     "Müəllimi bu həddə çatdırmaq olmaz" .....                     Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi .....                     Gömrükdə sifarişlərim saxlanılır .....                     Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır .....                     Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir .....                     “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib .....                     Gürcüstan arzusuna çatdımı? .....                     ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir .....                     Sıra Nazilə Səfərliyə gəldi... .....                     İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək .....                     Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı .....                     Suriya-Türkiyə münasibətləri .....                     Ermənistan sülh əvəzinə yeni ərazi istədi .....                     Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib .....                     İrəvandan Zəngəzur açıqlaması: .....                     Gəncədə məktəbli məktəblini bıçaqlayıb .....                     Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? .....                     Azərbaycanın İnterpola verdiyi şəxs .....                     "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" .....                     Kürdəmir rayon prokuroru müavininin işinə .....                     “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” .....                     Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan .....                     Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: .....                     Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın .....                     Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi .....                     “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? .....                     “Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi .....                     Nazirin köməkçisi bacısından sonra .....                     “İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” .....                     “Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” .....                     Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var .....                 

NEFT ÖLKƏSİNDƏ AĞ NEFT ÇATIŞMIR
Tarix: 26-03-2012, 14:49 | Çap et
NEFT ÖLKƏSİNDƏ AĞ NEFT ÇATIŞMIR

“BUNUN ADINA SADƏCƏ OLARAQ BİABIRÇILIQ DEYİLƏ BİLƏR”

İrandan ərzaq və kənd təsərrüfatı məhsullarının gətirilməsi Azərbaycanın cənub rayonlarında kütləvi işə çevrilib. Sərhədyanı ərazilərdə yaşayanlar çox vaxt bazarlığa İran Astarasına gedirlər. İran tərəfi vizanı birtərəfli qaydada ləğv edəndən sonra bu məqsədlə qonşu ölkəyə gedənlərin sayı artıb.

İqtisadçı Vidadi Mirzəyev deyir ki, əslində bu alış-veriş İrana su və hava kimi lazımdır. İranın bütün ərazilərindən Azərbaycana mal gətirirlər. Onun deməsinə görə, qiymətlər də İranın digər şəhərlərinə nisbətən İran Astarasında bahadır. İqtisadçı hesab edir ki, İran vətəndaşları bundan qazanırlar. Üstəlik İranda xaricə mal satan iş adamlarına güzəştlər də nəzərdə tutulur.

İrana gedən Azərbaycan vətəndaşları geri qayıdarkən ağ neft də gətirirlər. Halbuki, Azərbaycan xarici ölkələrə neft və qaz satır. İş adamı Faiq Cəfərov bunu «biabırçılıq» hesab edir. Onun sözlərinə görə, təbii qaz Azərbaycan əyalətlərində rayon mərkəzlərinə və bir neçə kəndə verilir. Kəndlərin əksəriyyəti qazsızdır. Dağ ərazilərində yerləşən kəndlərdə işıq aylarla yanmır. Belə vəziyyətdə ağ neftə ehtiyac yaranır:

«Müəyyən malların İrandan gətirilməsi təbiidir, gətirirlər gətirsinlər. Amma, ağ neft gətirmək məni çox təəccübləndirdi. Bir ölkədə ki, dənizdə və quruda neft çıxa, sonra da o ölkənin vətəndaşı oradan əzab-əziyyətlə ağ neft gətirə, İran da qoymur, məni çox təəccübləndirir. Maraqlanmışam, müəyyən sərhədyanı zonalarda, orda işıq çatışmazlığı olur, qaz yoxdur, «solyarka» sobası yandırmalıdır. «Solyarka» bir az bahadır. Ağ neft daha təmizdir, yaxşı yanır, o məcburdur ki, ordan gətirsin».

İş adamının sözlərinə görə, gün ərzində Azərbaycan tərəfə əl ilə 100-200 litr ağ neft çıxarılır. Bunda İranda ağ neftin ucuz olması da rol oynayır.

«Orda ağ neftin bir litri, səhv etmirəmsə, bizim pulla 15-20 qəpikdir. Amma bizdə 1 manatadır, litri 1 manatdır. Burda qazanc məsələsi var, həm də özü istifadə edir, ondan. Lampanı yandırmaq üçün yaxşıdır, həm də istilik sistemi üçün yaxşıdır. Çox təəccüblüdür, çox təəssüf edirəm. Bu ölkə neft ölkəsi ola-ola nə üçün bu millət nefti ordan gətirməlidir? Mən istərdim ki, ölkədə belə şeylərin qarşısı alınsın, çünki bu biabırçılıqdır».

Astara keçid məntəqəsinin önündə olduq. Məlum oldu ki, bayram günləri olduğu üçün adamların İran tərəfinə buraxılmasında məhdudiyyətlər qoyulub. Həm də adamlar İrana üç gündən bir buraxılırlar. Digər tərəfdən neft «qaçaqmal» hesab olunur. Adamlar ağ nefti qablarda, gizli şəkildə Azərbaycana keçirirlər. Adının çəkilməsini istəməyən bir yerli sakinin dediyinə görə, İrandan gətirilən ağ neft keçid qapısının önündə satılmır. Müəyyən yerlərə verilir və orada satılır. Belə bir yerdə olduq. Ağ neft satılan evin sahibinə jurnalist olduğumuzu, bu məsələni araşdırdığımızı bildirdik. O əvvəlcə belə bir işlə məşğul olmadığını söylədi. Sonra isə səsini lentə almamaq şərti ilə bəzi məsələlərə aydınlıq gətirdi. Onun dediyinə görə, İrandan gətirilən ağ neftin bir litrini 80 qəpikdən alır, 1 manatdan satır. Ağ neft alanların sayı elə də çox deyil. O deyir ki, ağ nefti əsasən dağ ərazilərdə məskunlaşanlar alırlar.

İrandan ağ nefti təkcə piyadalar gətirmir. Sərhəddə eşitdiklərimizə görə, İrandan gələn yük maşınları da ağ neft gətirməyə çalışır. İrana məxsus yük maşınlarının bundan böyük qazanc əldə etdikləri deyilir.

Lənkəran rayonun bir neçə yanacaq doldurma məntəqəsində olduq. Sahibkarlar deyirlər ki, Bakıda neft bazasından ağ neft almaq mümkün deyil. Heç bir səbəb göstərmədən ağ neftin verilməsindən imtina edirlər.

Astarada yanacaqdoldurma məntəqələrinin birinin sahibi bizə bildirdi ki, bir neçə il bundan əvvəl onlar ağ neft satışa çıxardırdılar. Ağ neft qışda daha çox satılırdı. Alıcılar da var idi. İndi ağ neft verilmir. Ağ nefti hara verirlər, ondan xəbərləri yoxdur.

İqtisadçı Vidadi Mirzəyev bölgələrdə ağ neftin olmamasını təbii sayır. Onun dediyinə görə, İrandan gətirilən malların hamısından Azərbaycanda var. Lakin bu mallar qiymətdə fərq etdiyi üçün İrandan gətirilir. Ağ neft isə rayonlarda ümumiyyətlə yoxdur. İqtisadçının sözlərinə görə, İran sərhədində qayda yaratmağın vaxtı çatıb. Nəzarətsizlik problem yarada bilər. Vidadi Mirzəyevin fikrincə, ya müştərək bazar, ya da insanların İrana getməsində vahid qayda yaradılmalıdır.

Neft Araşdırmalar mərkəzin rəhbəri İlham Şaban isə deyir ki, vaxtı ilə İran Azərbaycandan neft alırdı:

«İran vaxtı ilə bizdən alırdı. İndi bizim adamlar gedib ordan alıb gətirir. Biabırçılıqdır. Bizim özümüzdə istehsal var. Bizim camaat gedib ordan gətirir, alver məqsədi ilə istifadə edirlər. Bizdə istehsal var. Bizdə istehsal varsa rayonlar və yaxud istehsalçılar nə üçün bu vəziyyətdədir? Azərbaycanda iki neftayırma zavodu olduğu halda regionlarda insanlar əziyyət çəkir. Dövlət başçısı hər yerdə elan edir ki, biz öz enerji təhlükəsizliyimizi vaxtından əvvəl yüksək səviyyədə həyata keçirmişik. Ancaq dağ rayonlarında insanlar enerji təminatından əziyyət çəkir, enerji olmadığı vaxtda ağ neftdən istifadə edirlər».

İlham Şabanın fikrincə, bu məmurların dövlət başçısını aldatmasının və hökumətin öz vəzifəsini yerinə yetirməməsinin sübutudur.

“Azadlıq” Radiosu









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" - NƏ BAŞ VERİR?
Bu gün, 19:46
Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Bu gün, 19:02
Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Bu gün, 19:00
Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Bu gün, 18:58
20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Bu gün, 18:56
Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Bu gün, 18:03
Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Bu gün, 18:01
Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Bu gün, 18:00
Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Bu gün, 17:58
"Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Bu gün, 17:48
Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:44
Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Bu gün, 17:40
Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Bu gün, 17:37
Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Bu gün, 17:27
“Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Bu gün, 17:23
Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Bu gün, 17:14
ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Bu gün, 17:10
Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Bu gün, 17:05
İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Bu gün, 17:03
Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Bu gün, 16:57
Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Bu gün, 16:53
Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Bu gün, 16:50
Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Bu gün, 16:48
İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Bu gün, 16:46
Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Bu gün, 16:42
Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Bu gün, 16:41
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Bu gün, 16:34
"Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Bu gün, 16:32
Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Bu gün, 16:30
“Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Bu gün, 16:28
Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Bu gün, 16:23
Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Bu gün, 16:21
Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Bu gün, 16:19
Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Bu gün, 16:17
“Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Bu gün, 16:13
“Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Bu gün, 16:12
Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Bu gün, 16:09
“İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Bu gün, 16:08
“Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Bu gün, 15:36
Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Bu gün, 15:34
Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Bu gün, 15:33
Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Bu gün, 15:29
Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Bu gün, 15:26
Ərdoğan və Makron arasında telefon danışığı olub
Bu gün, 15:25
Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Bu gün, 15:24
Məhkəmədən Xoşqədəm Hidayətqızına daha bir QADAĞA
Bu gün, 15:22
"Həyat yoldaşı adamı qocaldır" - Əməkdar artist
Bu gün, 15:18
"Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur – ŞİRKƏT RƏHBƏRLİYİ MƏHKƏMƏ QƏRARINA MƏHƏL QOYMUR
Bu gün, 15:14
ŞOK İDDİA: İsrail helikopteri Dəməşqə ENDİ - 20 dəqiqəlik GİZLİ ƏMƏLİYYAT
Bu gün, 15:02
Prezident “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”ni “yalançı dördlük” adlandırıb
Bu gün, 14:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru