QUBA ÜSYANINDAN GERİYƏ QALAN ŞÜBHƏLƏR
Tarix: 2-03-2012, 18:21 | Çap et
NƏDƏN QOLUZORLU HAKİMİYYƏTİMİZ QUBA SAKİNLƏRİNƏ “ƏSİR DÜŞDÜ”?
Martın 1-də Qubada kütləvi etiraz aksiyası keçirildi. Özlərini təhqir olunmuş hesab edən rayon sakinləri dövlət qurumlarına tabe olmayıb əvvəl icra hakimiyyətinin binasının bir hissəsini, sonra da icra başçısı Rauf Həbibovun şəhərdəki və kənddəki evlərini yandırdılar. Etirazçıların əsas hissəsi-minlərlə insan başçının şəhərin Heydər Əliyev prospektindəki evinin qarşısına toplaşmışdılar.
Ərazidə kifayət qədər daxili qoşunlar və polis olsa da onlar əsasən baş verənləri müşahidə etməklə kifayətlənirdilər. Etirazçılar həyətdəki yarımçıq tikililərin, hasarların üstünə çıxıb «Azadlıq», «İstefa», «Quba» və sair şüarlar səsləndirirdilər. Yanan evin tüstüsü ətrafı götürmüşdü. Bir qrup gənc icra başçısının həyətində hələ tikilib qurtarmamış yeni evin üstünə qalxaraq ora Azərbaycanın bayrağını sancdılar. Onlar bunu öz qələbələrinin təsdiqi kimi dəyərləndirirdilər. POLİSİN MÜŞAHİDƏÇİLİYİ... Aşağıda isə daxili qoşunlar və polis əhalini odda yanmaqdan, mümkün partlayışda xəsarət almamaqdan qorunmağa çağırırdılar. Başqa heç nə. Adətən istənilən aksiyanı uğurla dağıdan Azərbaycanın güc strukturları burada nədənsə öz bacarıqlarını nümayiş etdirmirdilər. Halbuki, aksiyanı dağıtmaq üçün onların ciddi əsasları var idi. İcra başçısının evi getdikcə daha çox alovlanır, qonşu evləri də təhlükəyə məruz qoyurdu. Eləcə də minlərlə etirazçının başqa radikal qərarlar qəbul edə biləcəkləri də istisna deyildi. Amma nəinki aksiyanı dağıtmağa, heç yanan evi söndürməyə də ciddi cəhd edilmirdi.
Hasarın üstündə Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı gözə dəyirdi. Onlar da arada bir evdən qalxan alova bir az su vurduqdan sonra dayanıb nəsə düşünürdülər. Bir sözlə, polis və digər strukturlar camaatla birgə dayanıb evin necə yandığını seyr edirdilər. Ərazidə yanğınsöndürən maşınlar yox idi. Sakinlər deyirdilər ki, bir qrup etirazçı küçənin başında yolu kəsib yanğınsöndürən maşınları ora buraxmır. ...HƏRƏKƏTSİZ ƏSGƏRLƏR Amma nədənsə yanğınsöndürən maşınların buraxılmadığı əraziyə aksiyada saxlanıla biləcək adamların yığılması üçün nəzərdə tutulan xüsusi avtobuslar çox asanlıqla daxil olub öz zamanlarını gözləyirdilər.
Bir neçə saatdan sonra artıq aksiya iştirakçıları səkiyə qədər kənarlaşdırılmışdılar. Bayaqdan şüarlar qışqıran, icra başçısının evinin əşyalarını çıxardıb küçəyə tökən kütlə, indi yolun kənarında-səkidə müşahidəçi mövqeyində dayanmışdı. Aksiya iştirakçılarının qarşısında düzülmüş qalxanlı, dəyənəkli əsgərlərdən başqa küçə boyu düzülən maşınlarda da yetərincə əsgər var idi. Amma hamısı hərəkətsiz. Rayonda internet işləmirdi. Hansı internet kluba baş çəkdimsə, ya bağlı idi, ya da şəbəkə yox idi. Niyə belə olduğunu soruşanda deyirdilər ki, dünən axşamdan-yəni aksiyadan bir gün əvvəldən internet yox dərəcəsindədir. Eyni sözü mənə internet kursları təşkil olunan ofislərdə də dedilər. POLİSİN XƏBƏRDARLIĞI Bir neçə saat sonra artıq icra başçısının evinin yanmasını seyr etməkdən yorulmuş aksiya iştirakçılarının böyük bir hissəsi Quba rayon polis şöbəsinə tərəf axışdı. Xeyli məsafə qət etməli olan aksiya iştirakçılarına yenə də heç kim mane olmurdu. Daxili qoşunların əsgərlərini daşıyan hərbi maşınlar sakitcə onların ardınca eyni istiqamətdə gedirdilər. Yenə də müşahidəçi qismində. Əhali polis şöbəsinə səhər aksiya zamanı saxlanılanları azad etmək üçün gedirdi. Getdilər, çatdılar və tələblərini də dedilər. Onları qarşılayan polis şöbəsinin yüksək rütbəli əməkdaşları əvvəl dağılışmalarını xahiş etsələr də, sonradan etirazçılara ciddi xəbərdarlıq da etdilər: «Ağlınız İcra Hakimiyyətinin binasına, yaxud başçının evinə getməsin. Bura bizim evimizdi, artıq hərəkət olsa, hamınızı bir -bir yığıb içəri salacağıq». Aydın görünürdü ki, polis etirazçılarla istədiyi vaxt xahiş, istədiyi vaxt tələblə danışa bilir. CAVABSIZ SUALLAR Onu da deyim ki, belə situasiyalarda bir sıra suallar cavabsız qalırdı: Doğrudanmı Qubada ilk baxışdan göründüyü kimi vəziyyət nəzarətdən çıxmışdı, ya əhali lazım gəldikdə idarə edilə bilirdi? Şəhərdə heç bir xüsusi vəziyyət hiss olunmur, hansısa postlar gözə dəymirdi. Halbuki, aksiya ilə bağlı şəhərə kənardan xeyli qüvvə cəlb olunduğu göz qabağında idi və bu proses davam edirdi. Polis şöbəsinin yaxınlığında aksiyaya qarşı qoyulacaq maşın, texnika da yetərincə idi. Və sonradan məhz onların vasitəsilə etirazçıları polis şöbəsinin yaxınlığında istənilən məsafəyə qədər uzaqlaşdırdılar da. Bütün bunların fonunda mediaya mümkün qədər şərait yaradılır, çəkilişlərə mane olunmurdu. NİYƏ ZİYA MƏMMƏDOV?
Aksiya iştirakçıları, eləcə də polisin dilindən arabir deputat Vahid Əhmədovun və nəqliyyat Naziri Ziya Məmmədovun adları eşidilirdi. Hər iki şəxsin rayonda olduğunu bilməyən yox idi. Amma bu məsələ də xarakter etibarı ilə açıq qalan sualların sayını artırırdı: Əgər Vahid Əhmədov Qubadan deputat seçildiyi üçün belə bir vaxta özünü rayona çatdırmışdısa, bəs nəqliyyat naziri Ziya Məmmədov hansı səbəbdən orada idi? Hansı rəsmi əsasla nazir Qubada baş verənlərə səbəb olan hadisəyə görə əhalidən üzr istəyirdi? Axı camaatın dediyinə görə, onları icra başçısı təhqir etmişdi. Nədən prezident belə bir qısa zamanda Quba rayon icra başçısını vəzifəsindən azad etdi? Axı ölkənin digər rayonlarının da icra başçılarından yetərincə narazılıqlar var. QUBALILARI MEYDANA ÇIXARAN AMİL Qubalılar deyirdilər ki, onların heysiyyəti ilə oynamaq olmaz. Hökumət vətəndaşına sahib çıxmasa xalq özü məsələni çözəcək. Doğrudanmı hakimiyyət Qubada geri çəkildi? Qubalılar həmin gün öz bayraqlarını-yəni Azərbaycanın bayrağını icra başçısının evinin üstünə sancmaq istədilər və sancdılar. Maraqlıdır, görəsən bunu bacarmaqda onlara kömək edən hansı amil idi? İcra başçısının işlətdiyi ifadələr, istənilən vaxt sıradan çıxardıla bilən internet, polis şöbəsinin qarşısından kənarda aksiyaçılarla mülayim davranan polis, ya illərdir yığılıb qalan sosial problemlər? Amma hansı səbəbdən olursa olsun, martın birində Qubada kimin qalıb, kimin gedəcəyini hakimiyyət yox, yerli əhali diqtə edirdi... Yəni sakinlər açıqca deyirdi ki, icra başçısı vəzifəsindən getməsə sakitləşən deyillər. Və sonda belə də oldu...
Murad TƏHMƏZOV DİA.AZ -
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Bu gün, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Bu gün, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Bu gün, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Bu gün, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Bu gün, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Bu gün, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Bu gün, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Bu gün, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Bu gün, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Bu gün, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Bu gün, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Bu gün, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Bu gün, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Bu gün, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23 |
|
|
|
• Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05 |
|
|
|
• Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03 |
|
|
|
• Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56 |
|
|
|
• “Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46 |
|
|
|
• Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40 |
|
|
|
• Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38 |
|
|
|
• Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14 |
|
|
|
• "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07 |
|
|
|
• Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58 |
|
|
|
• `Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56 |
|
|
|
• Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47 |
|
|
|
• Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45 |
|
|
|
• İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43 |
|
|
|
• Sahibkar Prezidentdən KÖMƏK İSTƏYİR - gömrükdəki ÖZBAŞINALIQLA bağlı...
Bu gün, 08:38 |
|
|
|
|