Əsas Səhifə > Dünya > Zərifin sözlərini CİDDİYƏ ALAQMI?

Zərifin sözlərini CİDDİYƏ ALAQMI?


Dünən, 13:05
Zərifin sözlərini CİDDİYƏ ALAQMI?
İranın vitse-prezidenti Məhəmməd Cavad Zərifin Yaxın Şərqdə “sabitliyin yaradılması və ölkələr arasında əməkdaşlığın gücləndirilməsi” üçün Müsəlman Qərbi Asiya Dialoq Assosiasiyası adlı yeni təşkilatın yaradılması ideyası İsrailin gələcək planları ilə bağlıdır. İranın mühafizəkar dairələri 3 müttəfiqini – “Həmas”, “Hizbullah” və Əsəd rejimini itirdikdən sonra növbəti hədəfin onlar olacağını proqnozlaşdırırlar. Tehranda və Qumda qərar verənlər bu baş verməsin deyə Yaxın Şərqdəki bütün müsəlman ölkələri - Bəhreyn, Misir, İran, İraq, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistan, Suriya, Türkiyə, BƏƏ və Yəməni birləşdirmək istəyirlər. Nə qədər ki, “Həmas”, “Hizbullah” və Əsəd var idi, müsəlman ölkələrin birliyi Tehranın ağlına gəlmirdi, elə ki, müttəfiqlər zəiflədildi və İsrailin baş naziri Benyamin Netahyahu “növbəti hədəfimiz İrandır” söylədi, vəziyyət qəlizləşdi. İslam Əməkdaşlıq Təşkilatı varkən, müsəlman ölkələrin yeni birliyinə nə ehtiyac var? Tehran yeni birlik formatı ilə bölgədə anti-İsrail bloku formalaşdırmaq istəyir ki, təhlükə İrana çatdıqda “birlik” üzvləri ona kömək etsin. Ancaq Cavad Zərifinin birlikdə görmək istədiyi ölkələrin maraqları İranın maraqları ilə üst-üstə düşmür, bəzilərinin İsraillə dialoqu da var və bu səbəbdən onların yeni formata ehtiyacları yoxdur.

Elxan Şahinoğlu - "DİA-AZ"

Geri qayıt