Əsas Səhifə > Dünya > Orbanla Fitsonun PUTİN SEVGİSİ

Orbanla Fitsonun PUTİN SEVGİSİ


Bu gün, 12:20
Orbanla Fitsonun PUTİN SEVGİSİ
Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan sonra kiçik istisna ilə Qərb ölkələrinin qapıları Kreml sahibi Vladimir Putinin üzüznə bağlandı. Eyni ilə Qərb ölkələrinin liderləri də müharibənin dəhşətləri fonunda Moskvaya səfərlərdən və Putinlə görüşlərdən imtina etdilər. Qərb ölkələrindən yalnız Macarıstanın baş naziri Viktor Orban qeyri-rəsmi qadağaya məhəl qoymadı və ara-sıra Vladimir Putinlə görüşdü. Viktor Orban Kremllə dialoqun tərəfdarı kimi çıxış edirdi. Bu dəfə Slovakiyanın baş naziri Robert Fitso Moskvaya səfər edərək Vladimir Putinlə görüşüb. Viktor Orban və Robert Fitso Donald Trampın ABŞ Prezidenti seçilməsiylə Rusiya-Ukrayna müharibəsinin dayandırılacağına ümid edirlər və görünür porqnozlaşdırırlar ki, bundan sonra Putinlə təmasa keçəcək liderlərin sayı tədricən artacaq. Viktor Orban və Robert Fitso onu da ehtimal edirlər ki, müharibə dayandırılacağı halda Avropa Rusiyadan qaz nəqlini bərpa edəcək. Putin bunun əleyhinə deyil. Bu səbəblərdən Viktor Orban və Robert Fitso Vladimir Putinlə görüşlərə üstünlük verməkdə Avropadakı həmkarlarını qabaqlamağa çalışırlar ki, daha çox siyasi və iqtisadi divident əldə etsinlər. Ancaq bu “dividentlər” Ukraynanın parçalanması hesabına baş verəcəksə, Avropada qazanan olmayacaq.

Elxan Şahinoğlu - "DİA-AZ"

Geri qayıt