Əsas Səhifə > Dünya > Putin məqsədinə necə nail olub ki...
Putin məqsədinə necə nail olub ki...Bu gün, 08:15 |
Kreml sahibi Vladimir Putin bu ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya Suriyada ümumilikdə öz məqsədlərinə nail olub: “Suriyaya ona görə getmişik ki, orada başqa ölkələrdə, Əfqanıstanda yaradılan kimi terror anklavı yaranmasın. Ümumilikdə qarşıya qoyduğumuz məqsədlərə nail olduq”. Birincisi, bu cümlədə Ədqanıstanla paralel aparılması diqqət çəkir. Putinin təbirincə desək, Əfqanıstanda “terror anklavı” yaradılıbsa, Kreml bu “anklavı” yaradan Talibanla niyə təmas qurub, bu təşkilatı terrorçulardan siyahısından çıxarmağa niyə qərar verib? İkincisi, Rusiya Suriyada neçə məqsədinə nail olub ki, Putin mövzuyla bağlı sonrakı cümləsində ölkəsinin Suriyada hərbi bazalarının saxlanılıb-saxlanılmamasıyla bağlı hələ qərar vermədiyini söyləyib. Rusiya Suriyada məqsədinə nail olsaydı, həmin iki hərbi baza ətrafında qeyri-müəyyənlik yaranmazdı. Əlbəttə, Rusiyanın əsas məqsədlərindən biri Suriyada İŞİD terrorçularına zəiflətmək idi, buna müəyyən qədər nail olunuldu, ancaq digər məqsədi Əsəd rejimini qorumaq idi. İkinciyə nail olunmadı. Demək, bu halda Rusiyanın Suriyada məqsədinə nail olduğunu söyləmək çətindir. *** Mətbuat konfransında Rusiya ordusunun Ukraynada irəliləməsiylə bağlı geniş cavablar verən Kreml sahibi Vladimir Putinə "Müharibəyə Şimali Koreyadan hərbçi cəlb etməyə çoxmu ehtiyac var idi" sualını da ünvanlanmağa ehtiyac var idi. Elxan Şahinoğlu - "DİA-AZ" Geri qayıt |