Əsas Səhifə > Dünya > Rusiya XİN açıqlama yaydı: Əsəd...
Rusiya XİN açıqlama yaydı: Əsəd...9-12-2024, 01:38 |
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Suriyada baş verənlərlə bağlı bəyanat yayıb. Musavat.com xəbər verir ki, Nazirlik açıqlamasında Bəşər Əsəd-in vəzifəsindən istefa verərək dinc yolla hakimiyyəti təhvil verdiyini və ölkəni tərk etdiyini bildirib. Rusiya XİN-in bəyanatında qeyd olunub ki, danışıqlar nəticəsində Əsəd hakimiyyəti sülh yolu ilə təhvil verməyi qəbul edib və ölkəni tərk edib: "Rusiya bu danışıqlarda iştirak etməyib." Açıqlamada həmçinin Suriyada zorakılığın qarşısının alınması və məsələlərin siyasi yollarla həllinə çağırış edilib: "Bütün tərəfləri zorakılıqdan çəkinməyə və bütün problemləri siyasi yolla həll etməyə çağırırıq. Bu çərçivədə Rusiya Suriyadakı bütün müxalif qüvvələrlə əlaqələr saxlayır." Bəyanatda etnik və dini qrupların baxışlarına hörmət edilməsinin vacibliyi də vurğulanaraq, BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsində inklüziv siyasi proseslərin həyata keçirilməsinin dəstəkləndiyi bildirilib. Rusiya hərbi bazaları təhlükəsiz vəziyyətdə Suriyadakı Rusiya hərbi bazalarının "yüksək hazırlıq vəziyyətində" olduğu qeyd edilən açıqlamada, bu bazalara təhlükə yaradan ciddi bir səbəb olmadığı bildirilib. Bundan əlavə, Suriyadakı Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirlərin görüldüyü də vurğulanıb. Rusiya XİN-in bu bəyanatı, bölgədəki siyasi vəziyyətlərin dəyişməsi və Suriyadakı yeni müzakirələrin başlandığını göstərir. Geri qayıt |