Əsas Səhifə > Dünya > "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır

"Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır


26-11-2024, 10:45
"Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
"Taliban" hərəkatı Rusiya Federasiyasında qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır.

APA-nın Moskva müxbiri xəbər verir ki, "Taliban"ı Rusiya Federasiyasında qadağan olunmuş təşkilatlar siyahısından çıxarmaq haqqında qanun layihəsi Dövlət Dumasına daxil olub.

Bu barədə Dövlət Dumasından bildirilib.

Qeyd edək ki, Rusiya "Taliban" hərəkatını Əfqanıstanda legitim hakimiyyət hesab edir. Rəsmi Moskva Rusiya ərazisində keçirilən beynəlxalq tədbirlərə "Taliban" hökumətinin nümayəndələrini dəvət edib, Rusiya rəsmiləri "Taliban" hökmüətinin üzvləri ilə dəfələrə görüşlər keçirib.

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu noyabrın 25-də Əfqanıstana səfər edib. O, Kabulda "Taliban" hökumətin sədr müavini ilə görüşüb.

Geri qayıt