Əsas Səhifə > Dünya > "Yapı Kredi Bank" oyun "alqı-satqısı" ittihamı ilə üz-üzə...

"Yapı Kredi Bank" oyun "alqı-satqısı" ittihamı ilə üz-üzə...


23-11-2024, 08:59
"Yapı Kredi Bank" oyun "alqı-satqısı" ittihamı ilə üz-üzə...
"Fənərbağça" klubunun prezidenti Ali Koç sabah Superliqada səfərdə qarşılaşacaqları "Kayserispor"un sahibi olduğu "Yapı Kredi Bank"a olan borcu ilə bağlı sosial mediada qabardılan oyun "alqı-satqısı" iddiarına izahat verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bank və klub sahibi iddialardan narahat olduğunu gizlətməyib.

Koç bildirib ki, bu süni gündəm "Kayserispor" klubunun hazırkı rəhbərliyi ilə keçmiş rəhbərliyi arasında yaranan maliyyə mübahisələrindən ibarətdir:

"Ancaq məsələ təhrif olunub və bunu da qəsdən və sistemli şəkildə özümlə və idarə heyətinin sədri olduğum bankla əlaqələndirməyə çalışırlar. Halbuki, "Kayserispor"un Klub olaraq "Yapı Kredi Bank"a heç bir borcu yoxdur. Sözügedən borc "Kayserispor"un keçmiş prezidenti Berna Gözbaşı və sahibi olduğu şirkətə aiddir. Cənab Berna Gözbaşı 2022-ci ildə həm özünün, həm də klubun nağd pul ehtiyacını qarşılamaq üçün Futbol Federasiyasının təminat məktubu ilə bu yükün altına girib. 2022-ci ilin noyabr ayında bir çox şirkət kimi, Berna Gözbaşının şirkəti də kredit borclarının ödənişini yeni müqavilə uzadıb..."

Klub və bank rəhbəri indi bu məsələdən "Fənərbağça"ya qarşı sui-istifadənin məqsədinin anladıqlarını deyib.
Geri qayıt