Əsas Səhifə > Dünya > Maduro Venesuelanın ABŞ-la dialoqa hazır olduğunu bildirib
Maduro Venesuelanın ABŞ-la dialoqa hazır olduğunu bildirib24-08-2020, 08:46 |
“Venesuela hökuməti ABŞ rəhbərliyi ilə hər zaman dialoqa başlamağa hazırdır”. APA-nın verdiyi məlumata görə, bu fikri bazar günü Venesuela Prezidenti Nikolas Maduro dövlət televiziyasına müsahibəsi zamanı deyib. Maduro bildirib ki, ABŞ-da prezident seçkilərdə kimin qalib gələcəyindən asılı olmayaraq, Ağ Evə rəhbərlik edəcək hər kəslə dialoqa hazırdır: “Gözləyək və amerika xalqının nə qərar verəcəyini görək”. Prezident əlavə edib ki, rəsmi Karakas və Vaşinqton arasındakı münasibətlərə yenidən baxılmalıdır. Geri qayıt |