Əsas Səhifə > Dünya > "Saudi Aramco" Rusiyanın neft bazarında mövqeyini zəiflətmək istəyir

"Saudi Aramco" Rusiyanın neft bazarında mövqeyini zəiflətmək istəyir


9-03-2020, 11:24
"Saudi Aramco" Rusiyanın neft bazarında mövqeyini zəiflətmək istəyir
Səudiyyə Ərəbistanının "Saudi Aramco" neft korporasiyasının neftin qiymətini kəskin azaltması Rusiyanın bu enerji daşıyıcısı üzrə dünya bazarındakı mövqeyinin zəifləməsinə yönəlib.

“APA-Economnics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “The Wall Street Journal”-a Neft İxrac edən Ölkələr Təşkilatında (OPEC) olan mənbələr bildirib.

"Bu, Rusiya bazar seqmentinin payını ələ keçirmək üçün təcavüzkar bir kampaniyanın elementidir", - mənbələr qeyd edir.

Qeyd edək ki, şənbə axşamı "Saudi Aramco" rəhbərliyi ABŞ-a neft tədarükünün qiymətinin bir barel üçün 7, Şimali Avropa ölkələr üçün 8, Cənub-Şərq ölkələri üçün 6 dollar ucuzlaşdıracağı barədə xəbərdarlıq edib.

Xatırladaq ki, indiyə olan məlumata əsasən, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin may müqaviləsinin dəyəri 26,51% azalaraq 1 barelə görə 33,27 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 27,83% azalaraq 29,79 dollar təşkil edib.

Geri qayıt