Əsas Səhifə > Dünya > Çin İrana qarşı sanksiyaları dayandırmağa çağırır
Çin İrana qarşı sanksiyaları dayandırmağa çağırır5-03-2020, 15:40 |
Çin hökuməti İrana qarşı sanksiyalar tətbiq edən ölkələri bu tədbirləri dayandırmağa çağırıb. Trend-in məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litszyan deyib. O bildirib ki, İran hökuməti və xalqı virusla mübarizə apardığı zaman birtərəfli sanksiyaların davam etməsi vəziyyəti daha da kəskinləşdirəcək: “Bu, həmçinin humanitar ruha ziddir. Çin epidemiya ilə mübarizədə maneələrin yaranmaması üçün İrana qarşı tətbiq olunan sanksiyaları dayandırmağa çağırır”. Geri qayıt |