Əsas Səhifə > Dünya > ABŞ Rusiyanı Çiliyə görə ittiham edir

ABŞ Rusiyanı Çiliyə görə ittiham edir


1-11-2019, 09:28
ABŞ Rusiyanı Çiliyə görə ittiham edir
Birləşmiş Ştatlat Rusiyanı Çilidə vəziyyəti qızışdırmaqda ittiham edib. Son günlər bu ölkədəki etiraz və iğtişaşlarda 20-dən çox adam ölüb.

Dövlət Departamentinin aparıcı rəsmisi oktyabrın 31-də deyib ki, adamların bu iğtişaşlardan istifadə edərək “sosial mediada trolluq etməsinin aydın əlamətləri” var.

“Rusiyanın bu müzakirəni mənfi baxımdan dəstəkləməsinin əlamətlərini görmüşük”, – deyən rəsmi əlavə edib ki, Moskva Cənubi Amerikadakı nüfuzunu gücləndirir, ancaq bunun “çox az müsbət tərəfi var”.

“Görünür, onlar parçalanmış region, münaqişəyə bulaşmış demokratik müzakirəyə üstünlük verirlər ki, bu da təəssüf doğurur”, – rəsmi vurğulayıb.

Rusiya daha öncə oxşar bəyanatlara münasibət bildirərkən başqa ölkələrin daxili işlərinə qarışmadığını bildirib.

Vaşinqtonla Moskva indiyədək Venesueladakı iğtişaş səbəbindən də qarşı-qarşıya gəliblər. Rusiya bu ölkədə sosialist prezident Nicolas Maduro-nu dəstəkləyir, Birləşmiş Ştatlar isə onu qanunsuz sayır, müxalifətin arxasında durur.

Geri qayıt