Əsas Səhifə > Dünya > Mark Esper: "ABŞ qüvvələri Suriyada qalacaq"
Mark Esper: "ABŞ qüvvələri Suriyada qalacaq"29-10-2019, 08:32 |
“ABŞ-ın Suriyadakı hərbi qüvvələri tərəfdaşları ilə neft yataqlarını terror qruplaşmasından qorumaq üçün mövcud missiyasını davam etdirəcək”. APA-nın məlumata görə, bunu ABŞ-ın müdafiə naziri Mark Esper ötən gün mətbuat konfransında deyib. O bildirib ki, ABŞ hərbçiləri Suriyada mövcud şəraitdə əvvəlkindən daha az qüvvə ilə üzərinə düşən missiyanı yerinə yetirəcək. Esper əlavə edib ki, İŞİD lideri Bağdadinin ölümü heç də dünyanı terrorizmindən qurtarmayacaq: “Amerika Birləşmiş Ştatları ziyanverici terror qruplaşmaları son anadək məhv etmək gücünə malikdir”. Geri qayıt |