Əsas Səhifə > Dünya > Tramp və Ərdoğan Yaponiyada G20 sammiti çərçivəsində görüşə bilərlər
Tramp və Ərdoğan Yaponiyada G20 sammiti çərçivəsində görüşə bilərlər23-05-2019, 08:38 |
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanvə ABŞ prezidenti Donald Tramp yaxın zamanda görüşə bilərlər. Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə hökümətindən mənbə bildirib. Onun sözlərinə görə, görüş Yaponiyada G20 sammiti çərçivəsində baş tuta bilər: "Biz hazırda təqvim üzərində işləyirik. Biz bəzi müsbət siqnallar alırıq, lakin dəqiq zaman hələki müəyyən edilməyib. Onlar [T.Ərdoğan və D.Tramp] həmçinin Yaponiyada G20 sammiti çərçivəsində görüşə bilərlər". İkitərəfli səfərdən danışan mənbə dəqiq tarixin gözlənildiyini qeyd edib. Geri qayıt |