Əsas Səhifə > Dünya > ABŞ prezidenti Çini ticarət sazişini pozmaqda ittiham edib

ABŞ prezidenti Çini ticarət sazişini pozmaqda ittiham edib


9-05-2019, 08:34
ABŞ prezidenti Çini ticarət sazişini pozmaqda ittiham edib
ABŞ prezidenti Donald Tramp bildirib ki, Çin hökuməti ticarət danışıqları zamanı "ticarət sövdələşməsi"ni pozub.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, o bunu Florida ştatında öz tərəfdarları qarşısında çıxışı zamanı deyib.

"Onlar sövdələşməni pozdular", - deyə "Bloomberg" Trampın sözlərini sitat gətirib.

Daha əvvəl Donald Tramp mayın 10-da bir sıra Çin məhsullarına qoyulan gömrük rüsumunun həcmini 25 faizə qədər artıracağını bildirib. Amerika liderinin sözlərinə görə, Birləşmiş Ştatlar Çinlə ticarətdə daha milyardlarla dollar itirmək niyyətində deyil.

Geri qayıt