Əsas Səhifə > Dünya > Səudiyyə Yəməndə əl-Qaidəni silahlandırıb
Səudiyyə Yəməndə əl-Qaidəni silahlandırıb5-02-2019, 10:41 |
ABŞ media qurumlarından biri hesabat yayaraq bildirib ki, Səudiyyə Ərəbistanı Amerikadan aldığı silahların bir qismini Yəməndə əl-Qaidəyə və digər radikal birləşmələrə verib. SalamNews xəbər verir ki, bu barədə ABŞ-ın CNN telekanalı hesabat verib. Bu araşdırmaya əsasən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyi Yəməndə əl-Qaidə və onunla müttəfiq olan silahlı birləşmələri də özünə cəzb etmək üçün onları silahlandırıb. Məlumata görə, Pentaqon rəsmilərindən biri Səudiyyə və BƏƏ-nin Yəməndə radikal birləşmələri silahlandırmasının araşdırılmasını istəyib. The-Guardian” da ötən il açıqladığı hesbatda bildirib ki, Səudiyyə və BƏƏ Yəməndə radikal birləşmələri silahlandırırlar. O cümlədən Assosiated-Press” də ötən ilin avqust ayında Səudiyyə koalisiyasının Yəməndə əl-Qaidə ilə bir neçə məsələdə anlaşmaya getdiyini yazmışdı. Geri qayıt |