Əsas Səhifə > Dünya > ABŞ-ın Venesueladakı diplomatlarının toxunulmazlığı 72 saatdan sonra ləğv ediləcək

ABŞ-ın Venesueladakı diplomatlarının toxunulmazlığı 72 saatdan sonra ləğv ediləcək


25-01-2019, 08:35
ABŞ-ın Venesueladakı diplomatlarının toxunulmazlığı 72 saatdan sonra ləğv ediləcək
Hazırda Venesuelada olan Amerika diplomatları ölkədən çıxmalarına qoyulan 72 saatlıq vaxtdan sonra toxunulmazlıq hüququndan məhrum ediləcəklər.

“Report” xəbər verir ki, bunu Cənubi Amerika ölkəsinin Rusiyadakı səfiri Karlos Rafael Faria Tortosa deyib.

"Onlar artıq diplomat deyillər", - deyə səfir "Rossiya 24" telekanalının efirində bildirib.

Tortosa həmçinin qeyd edib ki, Venesuela hökuməti "Vaşinqtona hərbi müdaxiləyə başlamaq üçün bəhanə verməməkdən" ötrü son dərəcə ehtiyatlı davranacaq.

Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.

Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.

Geri qayıt