Əsas Səhifə > Dünya > BMT-nin baş katibi Təhlükəsizlik Şurasının səmərəsiz olduğunu etiraf edib
BMT-nin baş katibi Təhlükəsizlik Şurasının səmərəsiz olduğunu etiraf edib23-04-2018, 08:08 |
BMT-nin baş katibi Antoniu Quterriş Təhlükəsizlik Şurasının struktur problemlərinin olduğunu etiraf edib, həmçinin bildirib ki, soyuq müharibə geri qayıdır. “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o bunu SVT telekanalına müsahibəsində deyib. "Soyuq müharibənin qayıtdığı aydındır", - deyə baş katib bildirib. Onun sözlərinə görə, hazırkı vəziyyət SSRİ dövründə olandan əhəmiyyətli dərəcədə fərqlənir. "İndi ABŞ və Rusiya əvvəl olduğu kimi hamını idarə etmir. Regionda (Yaxın Şərq – red.) bir çox ölkələr olduqca fəaldır: Türkiyə, İran, Səudiyyə Ərəbistanı və digərləri. İki eyni idarə olunan blok yoxdur", — deyə o bildirib. Geri qayıt |