Əsas Səhifə > Dünya > ABŞ Rusiya ilə münasibətləri normallaşdırmaq üçün şərtlərini açıqlayıb

ABŞ Rusiya ilə münasibətləri normallaşdırmaq üçün şərtlərini açıqlayıb


28-03-2018, 08:42
ABŞ Rusiya ilə münasibətləri normallaşdırmaq üçün şərtlərini açıqlayıb
Rusiya ABŞ və müttəfiqləri ilə münasibətləri yaxşılaşdırmaq üçün Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripalın həyatına sui-qəsddə günahkar olduğunu etiraf etməlidir.

“Report” xəbər verir ki, bunu Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert deyib.

Bundan əlavə, o bildirib ki, Moskva mühakiməsiz və təcavüzkar davranışlarına son qoymalıdır.

"Londonun Rusiyanın məsələdə günahını təsdiq edən sübutları Dövlət Departamentinə verdimi?" sualına o, birbaşa cavab verməkdən yayınıb:

"Bu, ABŞ hökumətinin ən yüksək səviyyədə maraqlandığı bir işdir".

Geri qayıt