Əsas Səhifə > Dünya > Yaponiya Pxenyanda keçirilən hərbi paradı təxribat adlandırıb
Yaponiya Pxenyanda keçirilən hərbi paradı təxribat adlandırıb9-02-2018, 09:25 |
Yaponiya hökuməti Pxenyanda keçirilən hərbi paradı beynəlxalq təhlükəsizliyə qarşı təxribat hesab edir. SalamNews xəbər verir ki, bu barədə bəyanatla Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa fevralın 9-da keçirdiyi mətbuat konfransında bildirib. “Bu hərbi texnikanın nümayişi regional və beynəlxalq təhlükəsizliyə qarşı açıq təxribatdır. Biz bununla barışmaq fikrində deyilik”,- deyə Y.Suqa vurğulayıb. Baş katib, eyni zamanda, Seulun Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə gərginliyin aradan qaldırılmasına yönələn siyasətini də növbəti dəfə tənqid edib. Y.Suqa deyib: “Pxenyanın təbəssüm diplomatiyasına inanmaq lazım deyil. Şimali Koreyaya qarşı beynəlxalq təzyiqlərə zərər yetirən hərəkətlərdən çəkinmək lazımdır”. Xatırladaq ki, KXDR paradda yeni nəsil “Xvason-15” qitələrarası ballistik raketini də nümayiş etdirib. Geri qayıt |