Əsas Səhifə > Dünya > Rusiya hökuməti koreyalıları ölkədən çıxarmağa başlayıb
Rusiya hökuməti koreyalıları ölkədən çıxarmağa başlayıb7-02-2018, 09:43 |
Rusiyanın bəzi regionlarında Koreya Xalq Demokratik Respublikasından (KXDR) olan işçilər ölkədən çıxarılmağa başlanılıb. FaktXəbər-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın KXDR-dəki səfiri Aleksandr Matseqora bildirib. O, əlavə edib ki, KXDR vətəndaşlarının ölkədən çıxarılması BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq həyata keçirilir: "Şimali Koreyadan olan işçi qüvvəsinə qadağa Rusiya iqtisadiyyatına böyük zərbə olacaq, lakin biz BMT TŞ-nin qərarını qətiyyətlə yerinə yetiririk. Bir çox qubernatorlar artıq buna başlayıblar". Diplomatın sözlərinə görə, Rusiya hökuməti hər il 12-15 min arası KXDR vətəndaşına qısamüddətli işçi vizası verir. Geri qayıt |