Əsas Səhifə > Dünya, Güney Press > Rusiya bu şəhərin İŞİD-dən alınması uğrunda əməliyyata başladı
Rusiya bu şəhərin İŞİD-dən alınması uğrunda əməliyyata başladı10-10-2017, 10:24 |
Rusiyanın Suriyadakı aviasiyası Məyadin şəhəri yaxınlığında İŞİD mövqelərinə sutka ərzində 150 zərbə endirib. Avropa.info xəbər verir ki, bu barədə Rusiya ordusunun rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib. “Hal-hazırda İŞİD böyük forpostlarından biri, Deyr-əz-Zordan 40 km cənub-şərqdə yerləşən Məyadin yaşayış məntəqəsinin azad olunması uğrunda əməliyyat keçirilir. Fərat çayında terrorçulara qarşı sərt müqavimət zəifləmir” – açıqlamada belə deyilir. Konaşenkovun sözlərinə görə, Rusiya kəşfiyyatı Məyadinə İraqdan Suriyaya keçmiş yeni İŞİD üzvlərinin göndərilməsini qeydə alıb. Geri qayıt |