Əsas Səhifə > Dünya > Şiə qüvvələri hücuma qoşuldu: Havicə tam azad edildi
Şiə qüvvələri hücuma qoşuldu: Havicə tam azad edildi5-10-2017, 09:06 |
İraqın birləşmiş qüvvələri Havicənin İŞİD-dən tam azad olunduğunu elan ediblər. İraq bayraqları həmin ərazidəki binalarda qaldırılıb. Bu haqda məlumatı Axar.az-a İraq Jurnalistlər Birliyinin üzvü Murtda Faysll verib. Qeyd edək ki, hücum əməliyyatı dünən başlamışdı. Faysll ötən gün verdiyi məlumatda birgə təhlükəsizlik qüvvələrinin - İraq ordusu, polis və Haşd əl-Şabi (şiə hərbi qüvvəsi) Havicəyə daxil olmağa başladığını və rayonun mərkəzinə doğru uğurla irəlilədiyini bildirmişdi. İŞİD-in sayının İraqda sürətlə azaldığı, hazırda Suriya yaxınlığında Anbar əyalətinin Rava və Əl-Qaim şəhərləri ilə məhdudlaşdığı da bildirilir. Geri qayıt |