Əsas Səhifə > Dünya > Serbiya AB-yə qoşulur?
Serbiya AB-yə qoşulur?4-10-2017, 09:03 |
Bolqarıstan, Yunanıstan və Rumıniyanın baş nazirləri Serbiyanın Avropa Birliyinə üzvlük niyyətinə dəstək bildiriblər. Onlar bu addımın regionda sülh və təhlükəsizliyin təminatına yardım edəcəyini dilə gətiriblər. «Hamımız bilirik ki, Serbiyanın təbii yeri Avropa Birliyindədir», – Bolqarıstanın baş naziri Boyko Borissov oktyabrın 3-də Varna Qara dəniz şəhərində sammitdən sonra jurnalistlərə deyib. Danışıqlarda Yunanıstanın baş naziri Alexis Tsipras, Rumıniyanın baş naziri Mihai Tudose və Serbiya prezidenti Aleksandar Vucic də iştirak edib. Əsas müzakirə mövzusu birgə infrastruktur layihələri, iqtisadi və enerji əməkdaşlığı, təhlükəsizlik məsələləri olub. Borissov deyib ki, üç Balkan ölkəsi Serbiyanın AB-yə üzvlüyünün sürətləndirilməsinə çalışacaq. Hazırda Avropa Birliyinin 28 üzvü var. Britaniya birlikdən çıxmaq üzrədir. Serbiyayla Monteneqro 2014-cü ildə Brüssellə üzvlük danışıqlarına başlayıblar. Serbiya lideri Vucic həm avropapərəst islahatçı kimi davranır, həm də ənənəvi müttəfiq Rusiyayla münasibətləri saxlamağa çalışır. Geri qayıt |