Əsas Səhifə > Dünya > Özbək yazıçını Daşkəndə çatan kimi saxlayıblar

Özbək yazıçını Daşkəndə çatan kimi saxlayıblar


28-09-2017, 08:29
Özbək yazıçını Daşkəndə çatan kimi saxlayıblar
Özbək yazıçı Nurulloh Otahonov sentyabrın 27-də ikiillik sürgün həyatından sonra Daşkəndə qayıdıb və polis tərəfindən aeroportda saxlanıb.

Bu haqda onun həyat yoldaşı Gulnara Otahonova məlumat verib. Yazıçının əliqandallı polisə aparıldığı qeyd olunur.

Otahonova-nın sözlərinə görə, polis ona bildirib ki, həyat yoldaşı «Bu günlər» adlı kitabıyla bağlı istintaq çərçivəsində saxlanıb. Hökumətin dini məsələlər üzrə komitəsi həmin kitabı ekstremist ədəbiyyat siyahısına salıb.

Geri qayıt