Əsas Səhifə > Dünya > İran hərbçiləri sərhəddə Türkiyə vətəndaşını güllələyərək öldürüb

İran hərbçiləri sərhəddə Türkiyə vətəndaşını güllələyərək öldürüb


27-07-2017, 11:36
İran hərbçiləri sərhəddə Türkiyə vətəndaşını güllələyərək öldürüb
Türkiyənin Hakkari əyalətinin Yüksəkova rayonunda İran tərəfdən açılan atəş nəticəsində 24 yaşlı gənc ölüb.
“Report” Haber7-yə istinadən xəbər verir ki, ölən gənc Kamuran Fırat adlı Türkiyə vətəndaşıdır.
İnformasiyaya əsasən, o, Türkiyə-İran sərhədini pozmasa da, İran tərəfindən açılan atəş nəticəsində ölüb.
Kamuran Fırat Yüksəkovanın Ağaçlı kəndində dəfn ediləcək.

Geri qayıt