Əsas Səhifə > Dünya > Saakaşvili vətəndaşlığından çıxarıldığı Ukraynaya geri qayıtmağa nail olacağını bildirib

Saakaşvili vətəndaşlığından çıxarıldığı Ukraynaya geri qayıtmağa nail olacağını bildirib


27-07-2017, 10:28
Saakaşvili vətəndaşlığından çıxarıldığı Ukraynaya geri qayıtmağa nail olacağını bildirib
Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin eks-qubernatoru, ötən gün Ukrayna vətəndaşlığından məhrum edilmiş Mixeil Saakaşvili Ukraynaya geri qayıtmaqla bağlı qanuni hüququna nail olacağını bildirib.

Bu barədə SalamNews RİA “Novosti”yə istinadla xəbər verir.

Ötən gün Ukrayna Miqrasiya Xidməti prezident Petro Poroşenkonun M.Saakaşvilini ölkə vətəndaşlığından məhrum etdiyi barədə məlumat verib.

Bundan əvvəl M.Saakaşvili Gürcüstan vətəndaşlığını itirdikdən sonra Ukrayna vətəndaşlığından başqasına sahib olmadığını söyləyib.

"Artıq 13 ildən çoxdur ki, Ukraynada yaşayıram, üç inqilabda iştirak etmişəm: qranit üzərində və iki meydanda. Yalnız Ukrayna vətəndaşlığına malikəm və onlar məni bu vətəndaşlıqdan məhrum edə bilməyəcəklər. Hazırda məni qaçqın statusu almağa məcbur etmək istəyirlər. Bu olmayacaq. Mən heç bir yerdə qalmaq və heç bir status almaq niyyətində deyiləm. Ukraynaya qanuni geri qayıtmaq hüququna nail olacağam.”, - deyə M.Saakaşvili özünün “Facebook” səhifəsində yazıb.

O, "hazırkı deputatların əksəriyyətindən daha böyük ukraynalı olduğunu və heç nəyə baxmayaraq burada - Ukraynada mübarizəni davam etdirəcəyini" vurğulayıb.

Xatırladaq ki, 2015-ci ildə P.Poroşenko M.Saakaşviliyə Ukrayna vətəndaşlığı verib.

Geri qayıt