Əsas Səhifə > Dünya, Güney Press > Türkiyə Şimali Koreyanın aktivlərini donduracaq
Türkiyə Şimali Koreyanın aktivlərini donduracaq24-03-2017, 09:17 |
Türkiyənin Nazirlər Kabineti BMT Təhlükəsizlik Şurası tərəfindən sanksiyalar siyahısına salınan fiziki və hüquqi şəxslərin gəlirləri, maliyyə vəsaitləri və başqa aktivləri donduracaq. Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, Nazirlər Kabineti BMT Təhlükəsizlik Şurasının № 1718, 1874, 2087, 2094, 2270 və 2321 qətnamələri çərçivəsində və Türkiyə XİN-nin 2017-ci ilin yanvar ayının 9-u tarixli müraciəti əsasında müvafiq qərar qəbul edib. Xəbərdə deyilir ki, həmçinin BMT Təhlükəsizlik Şurasının sanksiyaları altına düşən şəxslərə Türkiyəyə giriş qadağan olunacaq. Geri qayıt |