Əsas Səhifə > Dünya, Güney Press > Tramp Rusiya ilə əməkdaşlığı genişləndirmək istəmir
Tramp Rusiya ilə əməkdaşlığı genişləndirmək istəmir14-03-2017, 08:59 |
ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşavirlər komandası İŞİD terror qruplaşması ilə mübarizə çərçivəsində Rusiya ilə əməkdaşlığı genişləndirməyi planlaşdırmır. Trend-in məlumatına görə, yanvarın sonunda D.Tramp müdafiə naziri Ceyms Mettisə İŞİD ilə mübarizə planının hazırlanmasını tapşırmışdı. Plan ABŞ-ın rəhbərliyi ilə terrorçulara qarşı hərbi əməliyyatlar aparan koalisiya üçün yeni müttəfiqlərin axtarışını nəzərtə tutur. "U.S. News & World Report" jurnalı yazır ki, Vaşinqtonda peşəkar hərbçi və strateqlər Rusiya ilə əməkdaşlığın möhkəmləndirilməsinin yalnız rəmzi əhəmiyyət daşıya biləcəyini düşünürlər: "Onlar Rusiyanın müttəfiq kimi ABŞ-a xeyir verəcəyinə şübhə ilə yanaşırlar". Geri qayıt |