Kürdlər bayram, Qərb razılıq edir, AKP isə... - Türkiyədə seçkisonrası
Tarix: 8-06-2015, 09:50 | Çap et
53 milyon 765 min seçicinin iştirak etdiyi seçkilər Türkiyə vaxtı ilə səhər saat 8-də başlayıb.
Səsvermə məntəqələri yerli vaxtla dünən axşam saat 17:00-də bağlanıb. Səsvermə bitəndən sonra səslərin sayılmasına start verilib və bu proses hazırda davam etməkdədir. Seçkilərdə 20 siyasi partiya, 165 müstəqil namizəd iştirak edirdi. Bu seçkilərdə 1 milyon 103 min 258 gənc ilk dəfə olaraq seçici hüququndan istifadə ediblər. Milli.Az BBC-yə istinadən bildirir ki, əsas mübarizənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Respublika Xalq Partiyası (CHP) arasında gedəcəyi proqnozlaşdırılırdı. Bu dəfəki seçkilərin nəticəsi hakim partiyanın Konstitusiyaya dəyişikliklər etmək iqtidarında olub-olmayacağını müəyyən etməli idi. Prezident Rəcəb Tayyib Ərdoğanın hakim partiyasına böyük üstünlüklə qələbə lazımdı kı, Türkiyənin prezident respublikasına çevrilməsini Konstitusiya yolu ilə həyata keçirə bilsin.
Əsl şok...
Türkiyənin iqtidar partiyası parlament seçkilərində mütləq əksəriyyəti itirib. Bu, prezidentə daha geniş səlahiyyətlər verəcək prezident demokratiyasının yaradılması üçün konstutisiyaya dəyişikliklər edilməsini istəyən Türkiyə lideri Rəcəp Tayyib Ərdoğan üçün böyük məğlubiyyət hesab edilir.
"Amerikanın səsi" bildirir ki, səslərin 80-dən çox faizinin hesablandığı bir vaxt cənab Ərdoğanın islama əsaslanan Ədalət və İnkişaf partiyası səslərin 41 faizini alıb. Bu, partiyanın 2011-ci il seçkiləri zamanı aldığı səslərin 50-dən az hissəsi təşkil edir.
Kürd tərəfdarı Demokrat Partiyası ik dəfə olaraq parlamentə daxil olmaq üçün lazım olan 10 faiz səs alaraq, parlamentdə 74 yer qazanıb. Digər yerləri başqa partiyalar qazanıb.
Seçkilərin nəticələri 2002-ci ildə hakimiyyətə gəlməsindən sonra cənab Ərdoğanı ilk dəfər olaraq koalisiya hökuməti formalaşdırmağa vadar edə bilər.
Təhlilçilərin fikrincə, belə görünür, yeni parlamentdə 85 yer alan MHP Ərdoğanın partiyası ilə koalisiya yaradacaq. Lakin partiyanın bir rəsmisi deyib ki, bunu indidən söyləmək hələ tezdir.
Ərdoğanın partiyası uddu, özü uduzdu
"Kürd partiyası" kimi tanınan müxalif Xalq Demokratik Partiyası - HDP Türkiyəni prezident dövlətinə çevirmək planlarını alt-üst etdi.
Ərdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) bazar günü keçirilən seçkidə hakimiyyətdə olduğu müddətdə ilk dəfə həlledici çoxluğu qazana bilməyib.
Milli.Az "Azadlıq Radiosu"na istinadən bildirir ki, özünün prezident səlahiyyətlərini son dərəcə artırmaq istəyən Ərdoğan-a Konstitusiyanın dəyişdirilməsi, bunu etmək üçünsə partiyasının mandatların üçdə ikisini qazanması lazım idi. Bu planların pozulmasına başlıca səbəb isə kökləri ilə ölkənin kürd əhalisinə bağlı HDP-nin 10 faizlik həddi aşa bilməsi olub. Beləliklə HDP parlament partiyasına çevrilib və indi 13 il şəriksiz hökumət edən AKP digər partiyalarla koalisiya hökumətinin yaradılması üçün ağrılı və uzun danışıqlara girməli olacaq. Dünyanın və əsas etibarilə Qərbi Avropanın bütün diqqəti bu seçkilərdə idi. Koalisiya nəticəsində yaranacaq yeni hökumət ölkədəki stabilliyi qoruyub saxlaya bilməsə, qarşıda erkən və ya Qərb mətbuatının yazdığı kimi qəfil seçkilər keçirilə bilər.
Hazırkı seçkinin nəticələrinə görə, AKP 40 faizdən bir qədər çox səs toplaya bilib, halbuki partiya 2011-ci ilin seçkilərində az qala 50 faiz səs toplamışdı. Tərəfdarlara təskinlik verən baş nazir Əhməd Davutoğlu deyib ki, AKP-nin bu seçkidən də qalib çıxdığını hamı gördü və "qoy heç kəs məğlubiyyətindən qələbə düzəltməsin". Bir sıra tənqidçilər isə bildirirlər ki, "Ərdoğan-Davutoğlu tandemi" Türkiyədə "Putin-Medvedev modeli" kimi işləyə bilməyib. Bununla belə, AKP-nin bu seçkidəki nəticələri artıq öz təsirini göstərməyə başlayıb. Milli valyuta lirə-dollar nisbətdə özünün ən aşağı həddinə çatıb.
Kürdlər bayram edirlər
Əhməd Davutoğlunun "heç kəs qələbə düzəltməsin" məsləhətinə rəğmən Diyarbəkir şəhərində kürdlər küçələrdə məhz "qələbə bayramı" ediblər. Türkiyədə icraçı prezident vəzifəsi və diktatorluq barədə müzakirələrə son qoyuldu. İlkin nəticələrə görə, səslərin 13 faizinə sahib olan HDP-nin lideri Selahattin Demirtaş artıq bu başdan AKP ilə heç bir koalisiya danışıqlarına daxil olmayacağını elan edib: "Türkiyədə icraçı prezident vəzifəsi və diktatorluq barədə müzakirələrə son qoyuldu". Ərdoğan və Davutoğlu seçkidən əvvəl xəbərdarlıq etmişdilər ki, bu səsvermə "yeni Türkiyə" ilə keçmişin koalisiyalı hökumətləri arasında seçim olacaq.
Təhlilçilər bildirirlər ki, bu seçkidə HDP-nin taktikası düzgün olub. O, mövqeyini sırf "kürd gündəliyi"ndən kənara çıxara bilərək, solçu, dünyəvi, bir sözlə anti-Ərdoğan elektoratı cəlb edib.
Şərhçilər, həmçinin maraq edirlər ki, bundan sonra Türkiyə dövləti ilə separatçı PKK-nın danışıqları hansı axarda davam edəcək.
Bu seçkidə Cümhuriyyət Xalq Partiyası - CHP yenə də parlamentin ikinci böyük partiyası olub.
Partiyanın İstanbul üzrə lideri Murat Karayalçın deyib ki, nəticə icraçı prezidentlik institutuna "aşkar yox" deyib.
Koalisiya indidən qəliz görünür
AKP-nin mümkün koalisiya müttəfiqlərindən sayılan Milliyyətçi Hərəkat Partiyası səslərin 16 faizini əldə etməklə üçüncü böyük partiya sayılır.
Birinci variant AKP və HDP koalisiyasıdır, ikinci variant AKP, CHP və HDP-dir. Əgər bunlar alınmasa, onda erkən seçki keçirilməlidir Lakin partiyanın lideri Dövlət Baxçalı də AKP ilə hər hansı ittifaqı istisna edib və deyib ki, belə vəziyyətdə çarə erkən seçkinin çağırılmasıdır.
"Birinci variant AKP və HDP koalisiyasıdır, ikinci variant AKP, CHP və HDP-dir. Əgər bunlar alınmasa, onda erkən seçki keçirilməlidir" - deyib MHP lideri.
Öz növbəsində AKP də MHP ilə hər hansı koalisiyanı mümkün saymır. Partiya liderləri bildirirlər ki, əgər belə bir ittifaqa girsələr, gələn seçkilərdə bundan da zəif nəticə göstərə bilərlər.
Orxan Hun Milli.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyil - Ağ Ev
Bu gün, 00:23 |
|
|
|
• Laçında 2 ədəd kənd yaşayış məntəqəsinin layihəsi hazırlanır - 1,8 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 00:05 |
|
|
|
• Bakıda yeni tikinti şirkəti yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• “Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” – Boşyan
Dünən, 23:48 |
|
|
|
• Xose Bernardo narkotik aludəçisidir? - VİDEO
Dünən, 23:44 |
|
|
|
• Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi
Dünən, 23:40 |
|
|
|
• Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Dünən, 19:20 |
|
|
|
• Ermənistanın yersiz ambisiyası sülh müqaviləsinin perspektivlərinə mənfi təsir göstərir
Dünən, 19:00 |
|
|
|
• Ermənistanda himn qalmaqalı: - Paşinyan təkid edir, daşnaqlar qarşı çıxır
Dünən, 18:58 |
|
|
|
• “Ermənistan rəhbərliyinin “B planı” yoxdur” - Suren Sarkisyan
Dünən, 18:04 |
|
|
|
• Tiktoker Fatimə ev dustaqlığına buraxıldı
Dünən, 18:02 |
|
|
|
• Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? - “Şirkətlər Bakıda bina tikmək istəmir”
Dünən, 17:54 |
|
|
|
• Ermənistan Rusiyanı və İranı necə aldatdı?! - GƏLİŞMƏ...
Dünən, 17:51 |
|
|
|
• Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi - ƏMR
Dünən, 17:48 |
|
|
|
• "Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ
Dünən, 17:46 |
|
|
|
• Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb - FOTO
Dünən, 17:44 |
|
|
|
• Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Dünən, 17:31 |
|
|
|
• “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Dünən, 17:29 |
|
|
|
• Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Dünən, 17:28 |
|
|
|
• İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Dünən, 17:15 |
|
|
|
• Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Dünən, 17:12 |
|
|
|
• "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Dünən, 17:09 |
|
|
|
• “Sea Breeze”ə yaxın şirkət yaradılıb
Dünən, 17:05 |
|
|
|
• "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Dünən, 17:01 |
|
|
|
• Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Dünən, 16:59 |
|
|
|
• Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Dünən, 16:58 |
|
|
|
• “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Dünən, 16:54 |
|
|
|
• BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Dünən, 16:51 |
|
|
|
• Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Dünən, 16:49 |
|
|
|
• Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Dünən, 16:47 |
|
|
|
• Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Dünən, 16:20 |
|
|
|
• Gülzar Qurbanova virusa yoluxub
Dünən, 16:17 |
|
|
|
• "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Dünən, 16:16 |
|
|
|
• Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Dünən, 16:14 |
|
|
|
• “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Dünən, 16:12 |
|
|
|
• Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:08 |
|
|
|
• Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Dünən, 16:05 |
|
|
|
• İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Dünən, 16:03 |
|
|
|
• Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Dünən, 16:00 |
|
|
|
• Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Dünən, 15:59 |
|
|
|
• Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Dünən, 15:58 |
|
|
|
• Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Dünən, 15:57 |
|
|
|
• Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Dünən, 15:53 |
|
|
|
• Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Dünən, 15:49 |
|
|
|
• "Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Dünən, 15:46 |
|
|
|
• Açıq mesajın şifrəsi - Hələlik 1:0
Dünən, 15:44 |
|
|
|
• Xamenei Azərbaycandan üzr istəməlidir! – Tehran bizə qarşı heç vaxt səmimi olmayıb
Dünən, 15:42 |
|
|
|
• Rusiyada azərbaycanlı vəkilin həbs müddəti uzadılır
Dünən, 15:40 |
|
|
|
• “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib
Dünən, 15:39 |
|
|
|
• Kriminal avtoriteti həbsxanada döyüb öldürdülər
Dünən, 15:24 |
|
|
|
|