Məhkəmə “12-ci imam”la bağlı qərar çıxardı .....                     Ermənistan Zəngəzurun Sülh dəhlizi olmasına imkan vermir .....                     Azərbaycan təhsilini NECƏ MƏHV ETMƏLİ... .....                     Rüşvətə görə həbs olunan Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri qərardan narazıdır .....                     Quba ŞAHİN OYLAĞINA çevrilib... .....                     Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatıb .....                     AZAL-dan Yeni il fürsətləri: Endirimli biletlər artıq satışda .....                     Xaçmaz sakinləri ümid edir ki... .....                     Bir neçə günlük müharibə: "Ermənistan buna hazırlaşır" .....                     Azərbaycan qlobal gərginliyin azaldılmasına və etibarlı körpülərin qurulmasına töhfə vermək niyyətindədir .....                     Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ötən ildən zərərlə çıxıb .....                     Azərbaycanda 600 min manatlıq şirkət yaradıldı .....                     Xalqın öz liderinə sarsılmaz inamı günbəgün möhkəmlənir .....                     Qalib Ordunun Müzəffər Ali Baş Komandanı .....                     Xalq rəssamı Tofiq Ağababayev vəfat edib .....                     Məsuliyyətdən yayınmanın ALFANET üsulu... .....                     "Pullu və xoşbəxt olanlara qarşı bir aqressiya görürəm" .....                     İşçiləri necə gəldi İXTİSAR ETMƏK OLMAZ... .....                     Bakıda saxlanılan gizli şəbəkə üzvləri ilə bağlı yeni iddialar .....                     "Deyir ki, bir bütöv kolbasanı iki zavod çörəyi ilə yeyir" .....                     Millətin bitməyən KONTAKT HOME çiləsi... .....                     İşlək sayğacları buna görə DƏYİŞDİRİLƏRMİŞ... .....                     Putin məqsədinə necə nail olub ki... .....                     Müharibədə “hərbi zadəganlıq” illüziyası .....                     Bakının tələbi: Paşinyan onları sərhəddən çıxarır .....                     "Bir çox naməlum xəbər portalları var ki, onlara etibar etmək mümkün deyil...." .....                     "Bəzi valideynlər evdə uşağa tərbiyə vermirlər..." .....                     Azərbaycanın ordu həmləsi İrəvanda çaxnaşma yaratdı .....                     Azərbaycanda 10 manat sərmayə ilə yeni lizinq şirkəti .....                     “MilliKart” nizamnamə kapitalını azaldır .....                     "Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan... .....                     “Dostdan inciyərsən də, yaddan niyə inciyəsən ki?” .....                     Əgər Azərbaycana ərazi iddiamız olsaydı… .....                     BDU -da Beynəlxalq Jurnalistlər Federasiyası modelinin simulyasiya konfransı keçirilib .....                     Şirvanda vəzifəli şəxs cərimələndi .....                     AVROSƏRSƏMLİK... .....                     Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? .....                     Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri .....                     Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq .....                     Özəl, yoxsa ÖZBAŞINA bağçalar? .....                 

Moskvadakı dəhşətli hadisə ilə bağlı versiya çoxdur, amma... - Terrorun izi ilə
Tarix: 24-03-2024, 07:44 | Çap et
Moskvadakı dəhşətli hadisə ilə bağlı versiya çoxdur, amma...
Martın 22-də Moskva vilayətindəki “Crocus City Hall”da törədilmiş terror aktında ölənlərin sayı artmaqda davam edir. Mənbələr ölü sayının 143-ə çatdığını bildirir. Terror aktında həlak olanların sayının daha da artacağı ehtimal edilir.

Bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov da deyib. “Dərhal deməliyəm ki, qurbanların sayı xeyli artacaq, bu gün səhər saat 06:30-da xilasedicilər ən dəhşətli hadisələrin baş verdiyi zala daxil olublar. Biz orada vəziyyətin son dərəcə çətin olduğunu gördük”, deyə qubernator terror aktı zamanı həlak olanların və yaralananların yaxınlarına yardım mərkəzində çıxışında bildirib.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin açıqladığı son məlumata görə, terror aktında həlak olanların sayı 93-ə çatıb.

“Shot” “Telegram” kanalı terroru törətməkdə şübhəli bilinərək saxlanılanların görüntülərini yayıb. Bu şəxslər Bryansk vilayətinin Karaçinski rayonunun Xatsun kəndi ərazisində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıblar. Terrorçuların “Renault” avtomobili yüksək sürətlə hərəkət etdiyi üçün güllələrə tuş gəlib, təkəri qopub və ön hissəsi fırlanıb.

“Renault Simbol” avtomobilində dörd kişi olub. Maşına texniki baxış keçirilib. İçində tapança və pulemyot olub.

Təqiblər nəticəsində saxlanılanlardan biri – 19 yaşlı Məhəmmədsobir Fayzov tutulub. O, yaralanıb. Fotoda o, qandallı vəziyyətdədir. Onun sol gözü zədələndiyi üçün bağlana bilmir. Hazırda xəstəxanada əməliyyat olunur.

19 yaşlı Məhəmmədsobir Fayzov təhlükəsizlik qüvvələrini saxlamaq üçün atəş açmağa çalışsa da, yaralanıb.

Saxlanılanlar Bryansk vilayətində Rusiya – Ukrayna sərhədini keçməyi planlaşdırıblar. Rusiya xüsusi xidmət orqanları avtomobilə atəş açaraq, onların gediş nöqtəsinə çatmasına imkan verməyib.

Qaçmağa cəhd edən terrorçulardan biri dron vasitəsi ilə aşkarlanıb. Onun axtarışı üçün üçün iki helikopter və səkkiz PUA qaldırılıb.

“Crocus City Hall”dakı terraktla bağlı bir çox versiyalar səsləndirilir. Rusiya İstintaq Komitəsi araşdırmalarını davam etdirir və hadisə barədə terror maddəsi ilə cinayət işi açıldığını vurğulayır. Kremlə yaxın rus analitiklər isə hesab edirlər ki, bu terrorda Ukraynanın əli var. Rəsmi Kiyevdən bu təkzib olunsa da, Rusiya ictimai dairələri bu versiyanı əsas sayırlar.

Hərbi ekspert Üzeyir Cəfərov AYNA-ya deyib ki, hadisə barədə bir çox versiyalar səsləndirilə bilər ki, hər biri ayrı-ayrılıqda istintaq tərəfindən araşdırılacaq:

- Terrorun seçilmə yeri təsadüfi deyil. Bir neçə dəqiqə ərzində terrorçuların hadisəni törətməsi və rahat şəkildə həmin ərazidən uzaqlaşmaları da müəmmalıdır. Düzdür, bir nəfəri yerindəcə saxlayıblar, amma yerdə qalanlar Bryanskda həbs ediliblər. “Renault” markalı avtomob ilə atəş açıldığı deyilir, amma yaralanan, ölən yoxdur. Maşının çevrildiyi bildirilir, amma kadrlardan görünür ki, maşın çevrilməyib. Yəni demək istəyirəm ki, qaranlıq məqamlar və suallar çoxdur. Baxmaq lazımdır ki, bu dəhşətli terrordan sonra hansı addımlar atılacaq və kim qazanclı görünəcək. İstintaqın gedişindən, Kremldən veriləcək açıqlamalardan anlamaq mümkün olacaq ki, bu terror hadisəsində məqsəd nə idi. İndi tələsik nəsə demək doğru olmazdı.

- Versiyalardan biri də budur ki, terrorun arxasında Ukrayna dayanır...

- Terroru törətməkdə şübhəli bilinən şəxslərin Bryanskda yaxalanması ilə də Rusiya buna işarə vurur. Nəzərə almaq lazımdır ki, Bryansk Ukrayna ilə sərhədə yaxındır və açıqlanan versiyaya görə, terrorçu deyilən şəxslər Ukraynaya qaçırmışlar. Amma unutmaq olmaz ki, belə terror hadisəsi Rusiyada nə birincidir, nə də ki, sonuncu. 1999-cu ildə, 2002-ci ildə də Rusiyada buna bənzər terror aktları törədilib. Martın əvvəlində ABŞ məlumat yaymışdı ki, Rusiyanın böyük şəhərlərində terror aktı təhlükəsi mövcuddur. Rusiya xüsusi xidmət orqanları bunu bir növ, gülüşlə qarşıladılar. Rusiya orqanları, səlahiyyətliləri özlərinə sual verməlidirlər ki, 3-4 nəfər necə olur ki, silahlarla əlini-qolunu sallayıb elə bir konsert salonuna daxil ola bilirlər, təhlükəsizlik xidməti hara baxırmışlar?! Demək istədiyim odur ki, bundan nəticələr çıxarmalıdırlar.

- Belə ehtimallar var ki, Rusiya bundan sonra Ukraynaya qarşı daha amansız davranacaq, səfərbərliyi artıracaq. Hətta terroru bəhanə edərək Rusiya Prezidenti Vladimir Putinin taktiki nüvə silahından istifadə əmri verəcəyi də iddia olunur...

- Birincisi, taktiki nüvə silahına qısaca olaraq toxunum. Rusiyanın nüvə silahından istifadə edəcəyi gözlənilən deyil. Bunun bir çox səbəbləri var ki, dəfələrlə demişik, yazmışıq, təkrar etmək istəmirəm. Yəni nüvə silahından istifadə edilməsi inandırıcı deyil. Amma Ukraynaya qarşı raket hücumlarının sayını artıra bilər, hücumlar intensivləşə bilər. Ola bilsin ki, Rusiya “xüsusi hərbi əməliyyat” leksikonunu dəyişsin, müharibəni elə müharibə adlandırsın. Yəni bu ehtimallar çoxdur. Həm də Kremldəkilər əsəbidirlər, hər gün neft zavodları vurulur. Benzin qıtlığı təhlükəsi var. Bu mənada ola bilsin ki, Ukraynanı terrorda günahlandırsın və hücumlarının sayını artırsın. Amma addımlarına Ukrayna tərəfindən cavab veriləcək. Rusiya unutmamalıdır ki, 2000-ci illər deyil ki, törədilən terroru bəhanə edə, Çeçenistan kimi Ukraynanı da tam məhv edə. Nə də Ukrayna Çeçenistan deyil.

- Maraqlı məqamlardan biri də odur ki, müharibə şəraitində olan Rusiyada, özü də paytaxtında təhlükəsizlik tədbirlərinin belə zəif olması nə ilə bağlıdır?

- Bu, Rusiya rəhbərliyinin, dövlət orqanlarının, xüsusi xidmət orqanlarının məsuliyyətsizliyi deməkdir. Rusiya rəhbərliyi elə bilir ki, heç kəs Moskvada hansısa terroru törətməyə cəhd edə, risk edə bilməz. Amma belə hadisələr göstərir ki, heç də Kremldəkilər düşündüyü kimi deyil.

İkincisi, Rusiya Ukraynada, Afrikada, Yaxın Şərqdə o qədər belə terror aktları həyata keçirib ki, ola bilsin ki, bu, Moskvanın etdiklərinə cavabdır. Necə deyərlər, “döymə taxta qapımı, döyməyim dəmir qapını”.

Üçüncüsü isə odur ki, ola bilər bu terror elə Rusiyanın özünə lazım idi. Bəlkə ona görə təhlükəsizlik tədbirləri qəsdlə zəif təşkil edilib?! Mən demirəm ki, bu, həqiqətdir. Sadəcə versiyalardan biridir. Bu səbəbdən də yenə deyirəm, proseslərin bundan sonrakı gedişini izləməkdə fayda var. Baxaq görək ki, bu terror hadisəsindən kimlər hansı istəklərinə çatmış görünəcəklər.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məhkəmə “12-ci imam”la bağlı qərar çıxardı
Bu gün, 10:17
Ermənistan Zəngəzurun Sülh dəhlizi olmasına imkan vermir - FAKT BUDUR!
Bu gün, 10:14
Azərbaycan təhsilini NECƏ MƏHV ETMƏLİ... - İLGİNC FAKTLAR...
Bu gün, 10:10
Rüşvətə görə həbs olunan Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri qərardan narazıdır - TƏFƏRRÜAT
Bu gün, 10:01
Quba ŞAHİN OYLAĞINA çevrilib... - Başçı baş verənlərlə BAŞ EDƏ BİLMİR?
Bu gün, 09:52
Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatıb - FOTO
Bu gün, 09:49
AZAL-dan Yeni il fürsətləri: Endirimli biletlər artıq satışda - DİQQƏT!
Bu gün, 09:45
Xaçmaz sakinləri ümid edir ki... - NARAZILIQ VAR...
Bu gün, 09:44
Bir neçə günlük müharibə: "Ermənistan buna hazırlaşır" - NƏ ETMƏLİ?
Bu gün, 09:32
Azərbaycan qlobal gərginliyin azaldılmasına və etibarlı körpülərin qurulmasına töhfə vermək niyyətindədir - deputat
Bu gün, 09:27
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ötən ildən zərərlə çıxıb - HESABAT
Bu gün, 09:19
Azərbaycanda 600 min manatlıq şirkət yaradıldı
Bu gün, 09:17
Xalqın öz liderinə sarsılmaz inamı günbəgün möhkəmlənir - ŞƏRH
Bu gün, 09:11
Qalib Ordunun Müzəffər Ali Baş Komandanı - İsrafil Kərimovun yazısı
Bu gün, 09:10
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib
Bu gün, 09:06
Məsuliyyətdən yayınmanın ALFANET üsulu... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:01
"Pullu və xoşbəxt olanlara qarşı bir aqressiya görürəm" - Qurbanəli Ömər
Bu gün, 08:55
İşçiləri necə gəldi İXTİSAR ETMƏK OLMAZ... - Ekspert danışır...
Bu gün, 08:50
Bakıda saxlanılan gizli şəbəkə üzvləri ilə bağlı yeni iddialar – Sürpriz həbslər gözlənir
Bu gün, 08:46
"Deyir ki, bir bütöv kolbasanı iki zavod çörəyi ilə yeyir"
Bu gün, 08:43
Millətin bitməyən KONTAKT HOME çiləsi... DAVAM EDİR!
Bu gün, 08:41
İşlək sayğacları buna görə DƏYİŞDİRİLƏRMİŞ... - İLGİNC İDDİALAR...
Bu gün, 08:29
Putin məqsədinə necə nail olub ki... - Kreml şefinin ziddiyyətli cavabları...
Bu gün, 08:15
Müharibədə “hərbi zadəganlıq” illüziyası - yalnız qan, hiylə və qəddarlıq var
Bu gün, 07:10
Bakının tələbi: Paşinyan onları sərhəddən çıxarır - GƏLİŞMƏ
Bu gün, 07:08
"Bir çox naməlum xəbər portalları var ki, onlara etibar etmək mümkün deyil...." - Azər Həsrət
Bu gün, 06:28
"Bəzi valideynlər evdə uşağa tərbiyə vermirlər..." - ETİRAZ
Bu gün, 06:24
Azərbaycanın ordu həmləsi İrəvanda çaxnaşma yaratdı – “Danışırlar ki, 2025-ci ildə…”
Bu gün, 06:20
Azərbaycanda 10 manat sərmayə ilə yeni lizinq şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 00:05
“MilliKart” nizamnamə kapitalını azaldır
Bu gün, 00:02
"Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan... vətəndaşlarımızın qətlinin iştirakçıları cəzalandırılmalıdır"
Dünən, 23:34
“Dostdan inciyərsən də, yaddan niyə inciyəsən ki?” - Fərda ilə bağlı suala belə cavab verdi
Dünən, 23:30
Əgər Azərbaycana ərazi iddiamız olsaydı… - Paşinyan
Dünən, 21:40
BDU -da Beynəlxalq Jurnalistlər Federasiyası modelinin simulyasiya konfransı keçirilib - FOTO
Dünən, 21:38
Şirvanda vəzifəli şəxs cərimələndi - Qərardan narazı qaldı
Dünən, 19:23
AVROSƏRSƏMLİK... və Bakıdan REAKSİYA
Dünən, 19:21
Yaxşı maaş verilirsə: Həkimlər niyə bölgəyə getmir? - AKTUAL
Dünən, 19:02
Razılaşdırılmayan iki bənd və iki tələb: Prezidentin mesajlarının şifrələri - İNCƏLƏMƏ
Dünən, 19:00
Dövlət qurumundan “Teymur-M” şirkətinə 12 milyon manatlıq – SİFARİŞ
Dünən, 18:58
Özəl, yoxsa ÖZBAŞINA bağçalar? – “İlk müəllim travması”
Dünən, 18:52
Elmar Məmmədyarov həbs olunan diplomatı işdən çıxarıbmış - AÇIQLAMA
Dünən, 18:06
İDDİA: Bank kartlarından pullar buna görə oğurlanır... - Yeni maliyyə sisteminə keçilir?
Dünən, 18:05
Sülh prosesini pozan addım: - Ermənistan revanş istəyir
Dünən, 18:02
Sabiq deputatdan qalmaqallı açıqlama: - “2-3 növ araq, konyak, şərab...”
Dünən, 17:56
Daha bir məhkum həbsdə ölüb
Dünən, 17:52
Ermənistanın dövlətsizləşdirilməsi planı var - İşxan Saqatelyan
Dünən, 17:49
Oğlunu əfv etdiyinə görə Baydeni qınamıram - Putin
Dünən, 17:47
Dövlət büdcəsindən `qoparılan` milyonlarla dollara başa gələn idman kompleksləri... - gənclərin işinə yarayırmı?
Dünən, 17:43
Sumqayıtda polis profilaktik tədbir keçirib - FOTO, VİDEO
Dünən, 17:41
Toydan çıxıb küçədə yüksək səslə musiqi qoyub, rəqs etdilər - Məhkəmə qərarı
Dünən, 17:34
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru